Bia.Az

Putinin Əliyevə zəng etməsinin səbəbi

Siyasət
 27-11-2022, 15:10     187

Brüssel və Vaşinqtonun il ərzində Azərbaycanla Ermənistan arasında artan vasitəçiliyi Kremli narahat etməyə bilməz.

Odur ki, Rusiya Prezidenti Vladimir Putin təşəbbüsü yenidən ələ almağa çalışır. Onun Azərbaycan Prezidenti İlham Əliyevə bugünkü zənginin əsasında məhz bu amil dayanır.

Yenipress.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya lideri Putinin Azərbaycan Prezidenti İlham Əliyevə zəngi haqda qeyd edib.
“Fransa Prezidenti Emmanuel Makronun özünü Avropa İttifaqının vasitəçiliyinə dürtməsi Brüsselin fəallığını heçə endirir. Çünki İlham Əliyev doğru olaraq Makronun vasitəçiliyini qəbul etməyəcək. Bu məqamdan Putin istifadə etməyə çalışacaq.

Ancaq Makron kimi Putinin fəallığının da bizə faydası yoxdur. Kreml sahibinin bizə faydası olsaydı, Ruben Vardanyanı Qarabağa göndərməzdi, separatçılar tərk-silah olunardı, rusiyalı hərbçilər Qarabağdakı məntəqələri qanunu adı ilə çağırardılar, daha “Mardakert”, “Martuni” ifadələrindən istifadə etməzdilər…” – o bildirib.скачать dle 12.1