Bia.Az

Milli Məclisdən Cənubi Azərbaycana çağırış

Siyasət
 16-11-2022, 12:36     185

Deputat Elşən Musayev Milli Məclisin iclasındakı çıxışında İrana sərt etirazını bildirdi. Qeyd etdi ki, hansı daşı qaldırırsan, altında İran təxribatı çıxır.

Deputat bu mənada İranın cəsus şəbəkəsindən, narkotika ixracından, işğalçı, terrorçu Ermənistanı himayəsindən və digər təxribatlarından bəhs etdi. Ermənistanın Təbrizdə konssulluq açmaq planına etirazını bildirən E.Musayev bildirdi ki, bu, səfirlik açılması yox, səfehlik olar.

 Deputat Cənubi Azərbaycanda yaşayan soydaşlarımızı İran rejiminin anti-Azərbaycan planlarına qarşı çıxmağa, milli maraqların qorunmasından ötrü daha da aktiv mübarizəyə səslədi. “Mən hər bir Cənubi azərbaycanlı bacı-qardaşlarımıza salam göndərirəm və onları bağrıma basıram”-deyə, deputat bildirdi.

Musavat.comскачать dle 12.1