“Bu halda Ermənistan Qərbin əlində alətə çevriləcək” – Martirosyan

“Rusiya Ermənistanla bağlı məsələlərin qapalı kanallarla həllinin mümkün olacağına ümid edib və sərt ritorikaya keçmək istəməyib”.
Globalinfo.az xəbər verir ki, bunu münaqişə üzrə ekspert Artur Martirosyan deyib.
“Hətta Rusiyanın alovlu tənqidçisi Levon Ter-Petrosyan da Moskva ilə münasibətləri normallaşdırmaq yolunu tutmuşdu. Dövlətlərarası məsələlərdə ən önəmlisi maraqlardır. Ermənistan hakimiyyəti seçkilərə hazırlaşır və əhaliyə sülh gətirəcək bir sənəd göstərməyə çalışır. Eyni zamanda, cəmiyyət buna inanmağa hazırdır. Bu da hakimiyyətin manipulyasiyasıdır. Ermənistanın Rusiyadan asılılığının Qarabağ məsələsi ilə bağlı olduğuna inandığı üçün sülh müqaviləsinin imzalanması Qərbin də marağındadır. Onlar hesab edirlər ki, bu məsələlər müzakirədən çıxsa, Ermənistan Rusiyanın asılılığından xilas olacaq. Amma Ermənistan Rusiyanın forpostu statusundan qurtulduqdan sonra Qərbin əlində Rusiya və İrana qarşı alətə çevriləcək”, – deyə Martirosyan vurğulayıb.