Baqrat Qalstanyan: Paşinyan beynəlxalq aləmdə qəbul edilmir

“Bu, dini yox, milli-mənəvi və dəyərlər hərəkatıdır. Bu dəyər sahəsinə uyğun gəlməyən birləşmələr və qruplar sadəcə olaraq kənarlaşdırılacaq”.
Globalinfo.az xəbər verir ki, bunu erməni arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Ermənistanın hazırkı hakimiyyəti beynəlxalq aləmdə qəbul edilmir. Şəxsi görüşlər baxımından yox, daha dərin mənada onları qəbul edən yoxdur. Onlar heç bir mənada faktor deyillər. Bu, əlbəttə ki, başa düşüləndir və göz önündədir ”, – keşiş vurğulayıb.