Bia.Az

“Azərsu”da İmran Abbasov talanı: İcra başçısının qardaşı Zaur Mikayılovla əlbirdi? -VİDEO

Redaktorun seçimi
 5-01-2024, 13:53     10 015

Azərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynovdan sonra qurumda şəffaf idarəetmənin tətbiq ediləcəyi ilə bağlı gözləntilər də özünü doğrultmadı. Agentlikdən cumhuriyyet.az-a daxil olan məlumata görə, qurumun indiki rəhbərliyinin imicinə zərbə vuran şəxslərdən biri də Su ehtiyatları Agentliyinin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasovdur. İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun doğmaca qardaşıdır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra, Azərsu ASC-də departament rəisinin müavin və daha sonra indiki vəzifəsinə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına, arpa, buğdaya qədər payı var. Ancaq əsas problem bu şəxsin rəhbərlik etdiyi idarədə dözülməz şərait yaratmasıdır. Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Siravi gözətçidən,fəhlədən tutmuş hər kəsin işinə yersiz müdaxilələr edən İmran müəllim özünü padşah kimi aparır.

İmran Abbasovun idarəçiliyində ən müəmmalı məqam anbara müxtəlif mallar gətirən şirkətlərlə münasibətidir.”İnterkabel”, “Universal”, “Polimart”, “Şurataz”, AkPiping, Hinal Grup kimi şirkətlərə süni şəkildə sertifikat problemi yaradılır ki, bu problem də yalnız İmran müəllimə xüsusi konvert təqdim olunduqdan sonra aradan qaldırılır. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də “Fuad kimya” şirkətidir. Belə ki, şirkətin “Azərsu”ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları Keşlədə yerləşən balıq bazarı alverçilərinə və Bakı şəhərinin müxtəlif rayonlarında yerləşən məzarlıqlara satdırır. Məsələn anbara gələn və əsas vəsait sayılan priterlər Agentliyin regionlarına və idarələrinə göndərildikdən sonar fərqli olduğu üzə çıxıb. Bu mallar İmran Abbasovun “convert siyasəti” ilə qəbul olunsa da departament rəisi Samir Qənili işdən çıxarılıb, lakin səbəbkara göpzün üstə qaşın var deyən olmayıb. Ardınca İmran Abbasov əsas vəsait sayılan UPS – ləri sənəd üzrə olan yox, digər göstəricilərlə anbarına doldurub. Məsəl üçün UPS – 600 – ün yerinə anbara UPS – 700 qəbul edilib. Bu da öz növbəsində Agentliyin rayon və regional sukanal idarələrinə gedib çatanda bəlli olub.İdarələr səsini çıxardanda Abbasov bunun rəhbərliyin tapşırığı olduğunu deyir. İri su xəttlərinin üzərinə qoyulan siyirtmələr müqavilədə Türkiyə istehsalı olsa da anbara daxil olan Çin istehsalıdır.İri diametrli metal borular müqavilədə tikişsiz, anbara daxil olan tikişli və qalınlığı fərqlidir. Bu günlərdə kanalizasiya xətlərinin açılması üçün nəzərdə tutulan material əvəzinə yanmış məftil alınıb ki, işə yaramayan bu kompanent ciddi narazılıq yaradıb. Bütün bu məhsulları anbara daxil etmək üçün konvertin qalınlığı nəzərə alınır. Agentliyin Sədri Zaur Mikayılov İmran Abbasov haqqında ölçü götürməməsi onun özünü də şübhə altına salır.
P.S. Bəhs olunan material və maliyyə maxinasiyalarını təsdiq edən foto və video faktları növbəti yazımızda təqdim edəcəyik.



BİA.az
скачать dle 12.1