Bia.Az

SOCAR-dan SECAR-a

KÖŞƏ YAZARLARI
 13-02-2021, 11:54     563

Samir Əliyev

Fransanın neft-qaz konserni “Total” adını dəyişmək istəyir, bunun üçün səhmdarlarına müraciət edib. Səhmdarlar razılaşsa, şirkət “TotalEnergies” adlanacaq.

İlk baxışdan sadəcə ad yenilənməsi (rebrendinq) təəssüratı oyadan bu addımın kökündə ciddi amillər dayanır. Alternativ enerji ənənəvi enerjini sıxışdırıb neft-qaz şirkətlərini milyard dollarlarla zərərə salıb, çaşqınlıq içində olan şirkətlər strategiyalarını dəyişmək məcburiyyətindədir. BP şirkəti (Böyük Britaniya) 2030-cu ilə qədər olan strategiyasını açıqlayaraq investisiyalarını neft-qaza yox, alternativ enerjiyə yönəldəcəyini bəyan edib.

“Royal Dutch Shell” də (Böyük Britaniya və Niderland) analoji addımlar atır.

“Total” bərpa olunan enerji mənbələri üzrə dünya liderliyinə can atır, 2030-cu ilə qədər ümumi satışda neftin payını 55 faizdən 30 faizə endirməyi planlayır.

Bir sözlə, dünyanın neft nəhəngləri devizlərini neftdən enerjiyə dəyişirlər. Bu deviz altında, təbii ki, rebrendinq də etməli olacaqlar.

Fikrimcə, ad yenilənməsi bizim SOCAR üçün də qaçılmaz ola bilər. SOCAR-ın əvvəlki loqosu neft buruğu idi. Sonra onu alova dəyişdilər. Hətta adını də beynəlmiləlləşdirdilər: ARDNŞ idi, oldu SOCAR. Yəqin ki, yaxın iki-üç ildə şirkətin yenidən rebrendinqə getməsi məsləhət olardı. Məsələn, adını SECAR (The State Energy Company of Azerbaijan Republic) qoya bilər. Loqonu isə küləklər şəhəri olan Bakının simvolu kimi külək elementləri əsasında formalaşdırmaq mümkündür.

Bəlkə bu, yeni strategiya hazır olduqdan və ictimaiyyətə açıqlandıqdan sonra bilindi. Hələ məlum deyil SOCAR-ın 2030-cu ilə olan hədəfi nədir (Adı var. Özü də var?).скачать dle 12.1