Bia.Az

Əsrin anekdotu: “artsax prokurorluğu" Laçın yolunun bağlanmasına görə “cinayət işi” açdı!

KÖŞƏ YAZARLARI
 19-12-2022, 22:10     407

Zahid SƏFƏROĞLU


Vəssalam. Batdıq. Sabahdan gün şərqdən yox, qərbdən, lap dəqiqi, “artsax”dan çıxacaq. Möhkəm durun, dünyanı lərzəyə gətirən, beynəlxalq hüquq sistemi üçün “örnək” sayılacaq xəbər gəlir. Xəbər belədir: adı heç “it dəftəri”ndə olmayan “artsax”ın xəyali “baş prokurorluğu” Laçın yolunun bağlanması ilə bağlı “cinayət işi” qaldırıb. Azərbaycana qarşı!!

Orada “bişmiş toyuğu” güldürən aşağıdakı cəfəngiyat da yer alır: “Azərbaycanın bu hərəkəti artsax respublikasının iqtisadiyyatının əsaslarını sarsıtmaq, əhalini gəlir mənbələrindən və iş yerlərindən məhrum etmək məqsədi güdür. Azərbaycan vətəndaşlarının hərəkətləri 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına və orada qeyd olunan status-kvoya ziddir; “artsax respublikası”nın vətəndaşları köklü xalq və ərazinin hüquqi istifadəçiləri kimi, beynəlxalq hüquqa uyğun olaraq, bu ərazinin torpaqlarını, təbii mühitini və yerin təkini idarə etmək, sərəncam vermək və istifadə etmək hüququna malikdirlər. Bunu isə Azərbaycan görməzliyə vurmağa və neytrallaşdırmağa çalışır”.

Əcəb edirik, əlimizin içindən gəlir. Hələ Azərbaycan sizinlə çox yumşaq, humanist davranır, heyrətamiz səbir göstərir. Ardı daha ağlamalı gələcək. Odur ki, yaxşı olar, gizlənməyə indidən siçan deşikləri axtarasınız özünüzə.

İşə bax. O boyda həngamədən, “dəmir qapaz” yeyəndən sonra da sırtıqcasına “dövlətcik” oyunu oynamaq? Həyasızlığın bu qədərimi?! Əsrin anekdotu yəni...

Qarabağımızda sülənən bu kriminal ünsürlərə görən biri başa salacaqmı ki, ay yeri-yurdu naməlum soysuz-köçmənlər, Azərbaycan öz ərazində nə istəyir edəcək və buna görə murdar etnosdan olan qoduqlardan heç nə soruşmayacaq! Onlardan nəsə soruşulacaqsa da, Azərbaycan Baş Prokurorluğunun müstəntiqləri soruşacaq. Çünki Azərbaycana qarşı “cinayət işi” açanların özlərinə qarşı cinayət işləri açılıb. Həm də çoxdan və ən əsası, beynəlxalq hüquq normalarına uyğun olaraq, tam qanuni, legitim əsasda!

Hüquqdan söz düşmüşkən, görəsən hansı beynəlxalq hüquqa görə, Qarabağdakı sərvətlərin sahibi “artsax vərəndaşlarıdır”? Bəlkə gizlicə BMT üzvü olmusunuz, dünyanın xəbəri yox?! Hansı “köklü xalq” və onun “qanuni haqqı”ndan dəm vurulur? Belə bir xalq harada, hansı tarix kitabında və ya ensiklopediyada, Vikipediyada qeydə alınıb?

İkincisi, Azərbaycan 10 noyabr sənədinin hansı bəndini pozub? 3-cü ildir Zəngəzur dəhlizinin acılaması üçün (9-cu bənd) Ermənistan əlini ağdan-qaraya vurmur. Hələ 4-cü bənd! Erməni silahlı quldur dəstələri hələ də Qarabağda at oynadır. Laçın dəhlizi ilə bu quldur-terrorçulara hələ üstəlik silah-sursat, minalar daşınır. Əslində Azərbaycanın tam haqqı çatır ki, nəinki Laçın yolunda aksiyalar keçirsin, bu yolu həmişəlik bağlasın və ümumiyyətlə, 10 noyabr sənədindən imtina edib öz bildiyi kimi hərəkət eləsin! Müharibəni qaldığı yerdən davam etdirməyədək!
Sonra. 10 noyabr sənədinin harasında yazılıb ki, Azərbaycan “sülhməramlı” kontingentin müvəqqəti nəzarətində olan ərazidə sərvətlərimizin qanunsuz istismarına göz yumacaq, yaxud buna etiraz eləməyəcək? Həmin sənədlə biz öz üzərimizə belə bir öhdəlik götürmüşükmü? Əlbəttə yox...

“Artsax” adında isə dövlət yoxdur, olmayıb, olmayacaq! Demək, “artsax vətəndaşı” da, "artsax dövləti”nin sərvətləri də yoxdur, olmayıb, ola bilməz! Göyə də çıxsanız, orda yaşayanlar beynəlxalq hüquqa əsasən Azərbaycan vətəndaşları, Qarabağdakı təbii sərvətlər isə Azərbaycan dövləti və xalqının halal və toxunulmaz malıdır! Açılmış iş yerləri də hamısı qanunsuzdur!

Bunu nə qədər tez anlasanız, bir o qədər bədbəxt tayfanıza yaxşılıq eləmiş olarsınız. Zira, üstünüzə komandoslaru, XTQ-ni göndərməyə lüzum qalmaz. Hələliksə məsləhətdir özünüzə pampers ehtiyatı tutasınız...скачать dle 12.1