Bia.Az

İranla bağlı NƏ EDƏK?

KÖŞƏ YAZARLARI
 16-12-2022, 10:56     218

Məhəmməd ƏRSOY

Siyasət özü bir ayrıca elmdir və bu elmdə əsas olaraq fərqlənən üç etnik xarakterli siyasi istiqamət var.
Onlardan biri rus siyasətidir. Buna "russkaya tupost" - "rus kütlüyü" də deyilir. Bu onunla əlaqələndirilir ki, yəni ruslar siyasət elminin nəzəri əsasları və kriteriyaları ilə ölçüyə gəlməyən, daha dəqiqi proqnozlaşdırılması çətin olan siyasi gedişləri ilə diqqətə gələ bilərlər və zaman-zaman gəlirlər də. Yəni, məsələn kimsə bir neçə il əvvəl düşünə bilməzdi ki, Rusiya Krımdan əlavə, Ukraynaın daha böyük parçasını da işğal edib, öz ərazisi olaraq rəsmən elan edəcək... Bu, siyasi nəzəriyyə baxımından ön görüləsi olay olmasa da, ruslar bu addımı atırlar və atacaqlar da...
İkinsi etnik kökənli siyasi istiqamət ingilis siyasətidir ki, bu barədə yetərincə bilgilər paylaşılıb. İngilislərin daimi maraqlarının olduğu, daimi müttəfiq kimi ingilislərin siyasi söykənəcək olmadığı aksioması mövcuddur.
Etnik mahiyyətli üçüncü siyasi xətt isə farsların adı ilə bağlıdır. Bunun da açmasında anlaşılır ki, bu siyasi xətt hansısa elmi əsaslara yox, yalnız və yalnız hiyləgərliyə söykənir. Yəni fasr siyasətinin elmi yönü HİYLƏGƏRLİKDİR.
Ona görə də İranın keçmiş xarici işlər naziri, dini liderin müşaviri Əli Əkbər Vilayətinin son məqaləsinin şifrəsini çözmək çətin deyil.
Əlləri zəif olduğundan yumşalırlar... Güclü olduqları an bizə aman verməzlər.
Odur ki, İranla bağlı yarı yoldan ayıtmağımız ağılsızlıq olardı...
скачать dle 12.1