Bia.Az

Komandoslar gəlməmiş qaç, Vardanyan! – Kremlin “tulası” bizə yenə meydan oxudu

KÖŞƏ YAZARLARI
 10-12-2022, 18:27     450

Zahid SƏFƏROĞLU

Rusiyanın Qarabağa desant kimi atdığı erməni fırıldaqçı-oliqarx, özünü utanmazcasına balaca rayonumuz boyda olan bir ərazinin “dövlət naziri” sayan Ruben Vardanyan virtual (paralel) dünyasından ayrıla bilmir. Hələ də böyür-başında baş verənlərdən, onu gözləyən fəlakətlərdən bixəbər kimi yaşayır. Bir az da özü kimi dələduz Fransa dövlətinin “müstəqil artsax” bəyanatlarından gözləri dumanlanıb deyəsən bu Kreml itinin. Azərbaycana meydan oxumağa davam edir.

Gəlin görək bu gün Facebook səhifəsində o nə sarsaqlayıb. Səbrimizi basıb da axıradək, nöqtəsinə, vergülünə dəymədən oxuyaq: “Bu gün Artsax müstəqillik, konstitusiya və fundamental insan hüquqları ilə bağlı referendum gününü qeyd edir. 31 il əvvəl, məhz bu gündə Dağlıq Qarabağ Respublikasında müstəqillik haqqında ümumxalq referendumu keçirilib. Artıq otuz ildir Artsax xalqı mübarizəni davam etdirir və beynəlxalq ictimaiyyətdən, eləcə də Azərbaycandan onun müstəqil yaşamaq hüququna hörmət və tanınmasını tələb edir. Artsax vətəndaşlarının azad yaşamaq iradəsini qırmaq üçün Azərbaycan böyük miqyaslı müharibələrə start verdi, əvəzedilməz itkilər və ağrılar yaşadıq, lakin buna baxmayaraq, Artsax erməniləri öz vətənində azad və müstəqil yaşamaq hüququ uğrunda inadla mübarizəni davam etdirir. Mən sizin hamınızla birlikdə 31 il əvvəl seçdiyimiz bu çətin yolu bu gün davam etdirməyə hazıram. Arsax uşaqları azad, müstəqil və demokratik Artsaxda böyüməyə və yaşamağa layiqdirlər. Gəlin öz işimiz, fədakarlığımız və birliyimizlə bu gələcəyi onlar üçün təmin edək”.
Nə deyəsən indi? Bakı onunla nə haqda danışa bilər ki, əgər ümumən erməni şərəfsizləri və sırtıqları üçün zaman 31-32 il öncə dayanıbsa...
Əvvəla, Qarabağa “arxa dəlik”dən soxulmuş bu çaqqal görəsən hansı “referendum”dan dəm vurur? Həmin “referendum”u müşahidə edən, nəticələrini tanıyan bircə beynəlxalq təşkilat varmı, olubmu? Olmayıb. Hər şey qırağa, məgər SSRİ konstitusiyası muxtar vilayətlərə mənsub olduqları müttəfiq respublikanın tərkibindən sərbəst çıxmaq hüququ tanıyırdı? Xeyr, bu da olmayıb.
Doğru, Sovetlər Birliyin dağılmaq üzrə ikən Mixail Qorbaçov müttəfiq respublikaların Sovet İttifaqından ayrılmasını bir qədər qəlizləşdirən qanunun ( aprel 1990) qəbuluna müvəffəq olmuşdu. Ancaq həmin qanun SSRİ-nin çöküşünədək qüvvədə olmuş sonuncu (1977) SSRİ Konstitusiyasına və orada əksini tapmış 2 təməl maddəyə daban-dabana zidd idi. Onlardan biri belə idi: “Müttəfiq respublikanın SSRİ tərkibindən çıxmaq hüququ var” (preambula), digəri isə “Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyilşdirilə bilməz” (maddə 78) idi.
Hüquqda isə qanunla konstitusiya arasında ziddiyyət yarananda konstitusiya – Əsas Qanuna üstünlük verilir, qanuna yox! Yoxsa ki, Qorbaçov və arvadı Raisa (ikisinı də Allah lənət eləsin) Dağlıq Qarabağı çoxdan Ermənistana bağışlamışdı.
Məhz buna görə, qondarma “dqr”in müstəqilliyini heç bir ölkə, hətta Ermənistan da tanımadı. Tanımayacaqlar da. Həmçinin BMT və digər beynəlxalq təşkilatlar böyük ölçüdə məhz SSRİ-nin sonuncu Konstitusiyasına istinadla, müttəfiq respublikalar arasındakı inzibati sərhədləri əsas götürərək onları müstəqil dövlətlər qismində tanıdı.
Bunu ermənilər hələ də anlamaq və qəbul eləmək istəmirsə, sürtükcəsinə göməzlikdən gəlirsə, artıq onların problemidir, bizim və ya bəşəriyyətin, BMT-nin-zadın yox. Altını da həmişə artıqlaması ilə özləri çəkəcəklər. Necə ki, 34 ildir çəkirlər...
Əlbəttə ki, Vardanyan kimi qoduqlara bu xüsusda ən çox qol-qanad verən Fransa və Rusiyadır. Ancaq bunlar əbəs cəhdlərdir. Çünki birincisi, Fransanın pisliyi yüzdə-yüz özünə qalacaq. Fransa yaxşı ki, Avropa, Qərb, dünya demək deyil. Qəbul elədiyi fitnəkar qətnamələr də tualet kağızından belə, dəyərsizdir. Özləri yaxşı bilir.
Rusiya isə Qarabağa əbədi gəlməyib, hərbçiləri bizim razılığımızla (!) və cəmi 5 illiyə (!) torpağımızda yerləşib. Nə hoqqadan çıxır-çıxsınlar, uzağı 5 ilin tamamında Vardanyanları da qoltuqlarına vurub Qarabağdan rədd olacaqlar! Uzağı 5 ilin tamamında, yəni 2025-dək. Tez də ola bilər. Çünki separatçı ünsürlər ətrafında mühasirə hər gün bir az da daralır. Artıq heç ruslar da onlara himayəçi ola bilmir. Necə ki, bu gündən Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ilkin monitorinqə start verib.
Bu hələ başlanğıcdır. Odur ki, nə qədər gec deyil, nə qədər komandoslar gəlməyib, dostlarını da götür qaç, Vardanyan!..
скачать dle 12.1