Bia.Az

Neftsiz ixracda artım

İqtisadiyyat
 8-01-2022, 21:01     342

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 7 yanvar hesabatına görə, 2021-ci ildə Azərbaycandan 2,7 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac olunub, bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 47,2% artıb.

2016-cı ildə yaradılan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əsas missiyası təhlil və tədqiqatlar aparmaqla iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdir.

Qurumun icraçı direktoru postunu Vüsal Qasımlı tutur.скачать dle 12.1