Bia.Az

Palatanın hesabatı nəyə işarədir?

İqtisadiyyat
 23-11-2021, 14:34     20

İqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu Hesablama Palatasının bir açıqlamasına diqqət çəkib.

 Novator.az-ın məlumatına görə, o yazır:

“Hesablama Palatası Dövlət Statistika Komitəsinin rəsmi bilgiləri əsasında müəyyənləşdirib ki, 2011-2014-cü illərdə real büdcə xərclərinin 40,4 faiz artması həmin dövrdə qeyri-neft ümumi daxili məhsulunun 41,3 faiz artımı ilə nəticələnib. 2017-2020-ci illərdə isə real büdcə xərclərinin 23,2 faiz yüksəlməsi qeyri-neft iqtisadiyyatını cəmi 6,2 faiz artırıb. Yəni son 4 ildə büdcə xərclərinin iqtisadi artıma ötürücülüyü dəfələrlə aşağı düşüb.


Bu neqativ dəyişikliyi şərtləndirən amillər arasında daha da artan pis idarəçiliyi, büdcə talançılığını və korrupsiyanı xüsusi qeyd etmək olar. Belə dəyişikliyin normal ölkədə müşahidə olunması hökumətin istefasına gətirərdi. Çünki bu, büdcə idarəçiliyinin kəskin pisləşdiyini, xərcləmələrin səmərərliliyinin çox azaldığını göstərir”.скачать dle 12.1