Bia.Az

Saleh Məmmədov Qazyan sakinlərini yolsuz qoydu - Şikayət, Fotolar

İqtisadiyyat
 20-04-2021, 00:01     311

Ucar rayonu Qazyan kənd sakinləri yolsuzluqdan əziyyət çəkirlər.

Bununla bağlı Qazyan kənd sakinləri adından redaksiyamıza daxil olan şikayət məktubunda bildirilir.


35 nəfər kənd sakininin imzası və şəxsiyyət vəsiqələrinin surətləri ilə elektron poçtumuza göndərilən məktubda qeyd olunur ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ucar rayonu Qazyan kənd ərazisinin bir hissəsində yol tikintisi işləri aparılır. Lakin yüzlərlə ailənin yaşadığı Qazyan kəndinə gedən mühüm yola asfalt çəkilməsi nəzərdə tutulmur. Kənd sakinlərinin qənaətinə görə, bu, qanunsuzluq və laqeyidlikdir ki, müəyən vəzifəli şəxslər həyata keçirirlər:
"Baxmayaraq ki, Qazyan kəndinin küçələrinin yolunun hamısına asfalt örtük çəkilib, amma bizim yaşadığımız əraziyə çəkilmir. Həmin ərazidə yerləşən kənd qəbirstanlığının yolu da bərbad vəziyyətdədir. Bizim ailədə azyaşlı uşaqlar, qoca və xəstə insanlar var ki, onlar yolsuzluğa görə çox əziyyət çəkirlər. Uşaqlarımız yolsuzluğa görə məktəbə gedə bilmirlər.Yolun bərbad vəziyyətdə olmasına görə yayda tozdan qışda isə palçıqdan hərəkət etmək olmur. Biz bu qanunszuluq barədə Prezident İlham Əliyevə ərizə ilə müraciət etsək də icra olunması Ucar rayon icra hakimiyyətinə həvalə olunub. Ancaq icra hakimiyyəti heç bir tədbir görməyib. Çünki, icra başçısının müavini Vaqif Mehdiyev buna maneə olub. Vaxtilə bizə söz verildi ki, yol tikintisi başlayan kimi ilk növbədə sizin yaşadığınız ərazinin yoluna asfalt çəkiləcək. Biz inanıb ümüd etdik ki, söz verilibsə əməl ediləcək. Lakin yol tikintisi Qazyan kəndində başqa ərazidə aparılsa da bizim yola asfalt vurulmasının nəzərdə tutulmadığını bildirdilər. Bizim yaşadığımız ərazinin yolunu görən hər kəs dəhşətə gəlir. Müasir dövürdə Azərbaycan vətəndaşı yolsuzluğa görə əziyyət çəkir. Hansı ki, yol tikintisi və abadlıq işləri üçün cənab Prezident dövlət büdcəsindən hər il küllü miqdarda vəsait ayrır".
Ölkədə həyata keçirilən abadlıq-quruculuq tədbirlərinə, o cümlədən yol tikintisinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını çatdıran Qazyan kənd sakinləri onların da yolsuzluq probleminə əncam çəkilməsini istəyirlər:
"Yol həyatdır, yol inkişafdır. Ancaq bir kəndin yol tikintisi nəzərdə tutulubsa bunu bütün hissəyə aid etmək lazımdır. Kəndin bir hissəsi yol tikintisinə sevinsə də digər hissəsinin əhalisinin arzusu gözündə qaldı. Bu isə ayrıseçkilik və yarımçıq iş görmək deməkdir. Buna görə biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi qərara aldıq. İnanıb ümüd edirik ki, Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bu şikayəti araşdırıb çıxılmaz vəziyyətdə olmağımızı nəzərə alıb bizim yaşadığımız əraziyə yol çəkilməsinə tapşırıq verəcəklər. Sizdən xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb bu ərizəni imzalayan vətəndaşların yaşadığı əraziyə asfalt çəkilməsini təmin edəsiniz".(yeni sabah)



BİA.AZ
скачать dle 12.1