Bia.Az

TƏCİLİ!!! MOSKVA HİKKƏSİNDƏN "CİLOV GƏMİRİR" - İNDİ DƏ MAQNAT OYUNU...

İqtisadiyyat
 19-04-2021, 21:14     909

Ötən həftə Rusiyanın Daxili işlər naziri Aleksandr Qorovoy MDB ölkələrini Rusiyada qanunsuz olan 1 milyondan çox miqrantı ölkədən çıxarmağa çağırıb. Maraqlıdır, nazir bu bəyanatı səsləndirmək üçün nədənsə MDB Parlamentlərarası Assambleyasının iclasını seçmişdi.

“Prezident sərəncamından da göründüyü kimi 15 iyuna qədər zaman var. Pandemiya olduğuna görə, əgər həmin müddətə qədər bu insanlar ölkəni tərk edərlərsə, cəzalar verilməyəcək. Əks halda, miqrasiya qanunverciliyinə uyğun şəkildə tədbirlər görüləcək. Kütləvi informasiya vasitələri, bloqçularla birgə işləyərək əyalətlərinizdə təşviqat işi aparmağınızı istərdim,” -deyə Qorovoy qeyd edib.
Nazir daha sonra bildirib ki, qanunsuz miqrantların əksəriyyəti Özbəkistan vətəndaşlarıdır, onların sayı 332 min nəfərdən çoxdur. Tacikistandan 247 min nəfər, Ukraynadan 152, Azərbaycandan 120, Qırğızıstandan 115, Ermənistandan 61, Moldovadan 56 min və Qazaxıstandan 49 min nəfər Rusiyada qanunusuz yaşayır və işləyir.
Xatırladaq ki, bu bəyanat Rusiyanın öz vətəndaşlarını Türkiyəyə istirahətə getməsinə qoyduğu qadağadan bir neçə gün sonraya təsadüf edir. Ukrayna prezidenti V. Zelenskinin Ankaraya səfərindən sonra Moskva Ankaraya qarşı bir neçə sanksiya qərarı vermişdi. İstanbuldan Rusiya ərazilərinə uçuşlar 45 günlük dayandırıldıqdan sonra vətəndaşlara qeyri-adi səfər qadağası qoyulmuşdu. Nəticədə 500 mindən artıq tursitin biletləri ləğv edilib, turist firmaları 430 milyon dollar zərərə düşüblər.
Miqrantların sayı ilə bağlı təqdim olunan statistikada 120 min Azərbaycan vətəndaşının deportasiya olunacağı gözlənilir. Rusiyanın bu addımı nə ilə bağlıdır və Azərbaycan ona qarşı hansı addımları atmalıdır?
Rusiyanın miqrantlarla bağlı qərarını "AzPolitika.info"-ya şərh edən politoloq Elxan Şahinoğlu bilkdirib ki, son illər Moskva hansı ölkənin siyasətindən narazıdırsa, ona qarşı müxtəlif təzyiq üsullarından istifadə edir.

Ekspert buna misal kimi Türkiyəyə qoyulan sanksiyaları göstərir: "Kreml Ankaranın Ukrayna ilə bağlı yürütdüyü siyasətdsən narazı qalan kimi, öz vətəndaşıarının bu ölkəyə turist səfərlərinə mane olmağa çalışır. Yaxud qonşu ölkənin hansı brindənsə narazı qalanda orada istehsal olunan məhsulların, meyvə-tərəvəzin idxalına maneələr yaradır".
Politoloq miqrantların geri qaytarılacağı barədə hədə-qorxu bəyənatını yeni təzyiq üsulu hesab edir: "Guya sənədləri qaydasında olmayan miqrantların sayı çoxdur. Halbuki, Rusiyada müəyyən dairələr, siyasətçilər özləri deyirdilər ki, Rusiyada əlavə işçi qüvvəsinə ehtiyac var. Həmin işlərdə Rusiya vətəndaşları çalışmaq istəmirlər, onlar daha çox miqrantların marağındadır. Belə tələbat varsa, Rusiya niyə miqrantları ölkədən çıxarmağa çalışır? Bu çox ciddi sualdır".
E. Şahinoğlunun sözlərinə görə, şübhəsiz ki, belə addımlarla Rusiyadakı müəyyən siyasi dairələr qonşu ölkələrin siyasətlərinə təsir etmək istəyir: "Amma bu mümkün olan məsələ deyil, əksinə, Kreml bu cür siyasətlə qonşu ölkələri özündən daha çox uzaqlaşıdırır. Nəticə etibarı ilə tərəfdaş ölkələrdən miqrantların çıxarılması onların özü üçün ziyanlıdır".

VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bir müddət öncə Mİlli Məclisdəki çıxışlarının birində Xarici İşlər Nazirliyinə və ASAN Xidmətin rəhbərliyinə müraciət etdiyini xatırladır: "Rusiyada, Türkiyədə və Almaniyada qanunsuz yaşayan həmvətənlərmizin deportasiya olunmaq təhlükəsi və sənəd əldə etmək çətinlikləri barədə məlumat vermişdim. Eyni zamanda xahiş etmişdim ki, ASAN Xidmətin səyyar briqadaları həmin ölkələrə göndərilsin və orada qanunsuz yaşayan vətəndaşlarımızın sənədləşdirilməsini təmin etsin".
Millət vəkili hesab edir ki, Rusiya Federasiyasına indi də səyyar briqadaların göndərilməsi gec deyil: "Bu prosesə başlanılarsa, Rusiya Federasiyası da Azərbaycan vətəndaşlarına bir necə ay güzəştə gedə bilər. Xatırlatmaq istəyirəm ki, 120 min əmək fəaliyyəti ilə məşğul olan həmvətənimizin Azərbaycana deportasiya olunması onların hüquq və azadlıqlarının pozulmasına, ölkədə işsizliyin artmasına, iqtisadi problemlərə və digər narahatlıqlara səbəb ola bilər. Odur ki, ASAN Xidmət, Rusiyadakı səfirlik və konsulluqlarımız, digər dövlət təşkilatları ilə birlikdə, gözlənilən deportasiyanın qarşısının alınması üçün qabağlayıcı tədbirlər görməlidirlər".

BİA.AZ
скачать dle 12.1