Bia.Az

Bu şirkət suvarma kanalının yenidən qurulması müqabilində 19,4 milyon - QAZANACAQ

İqtisadiyyat
 4-03-2024, 16:15     432

Tikilməkdə Olan Melıorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “ÇTZ kanalının yenidən qurulması" (I mərhələ)” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Körpü-Bina-Tikinti” MMC olub.

Qalib şirkətlə 19 424 391 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 300 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1 ünvanında yerləşir.
скачать dle 12.1