Bia.Az

Azərbaycanda dollar 2 manat OLACAQ? - AÇIQLAMA

İqtisadiyyat
 21-02-2024, 16:52     349

Ölkələrin güclü iqtisadiyyatı və məqbul gəlirlərı dünyanın hər yerindən investisiya cəlb edir. Dollar dünyanın hər yerindən investisiya aldığı üçün dünyanın bir çox yerində onun etibarlılığı da artır. ABŞ-də yerləşən şirkətlər gündən-günə bazara daha çox məhsul təqdim edirlər. Bu baxımdan manata olan tələbat və dəyər artır. Bu gün maraqlandıran suallardan biri ölkədə dolların dəyərinin qalxmasıdır. Bu baxımdan Azərbaycanda dollar bahalaşa bilər?

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a deyib ki, indiki şərtlər daxilində Azərbaycanda ABŞ dollarının bahalaşmasının hər hansı bir fundamental-iqtisadi əsasları yoxdur:

"Tədiyə balansının profisinin güclü olması və neftin qiymətinin yüksək olması, ticarət saldosunun güclü olması səbəbindən manatın dəyəri güclüdür. Eyni zamanda bazara il ərzində təklif edilən dollar həcminin yüksək olması və faktiki olaraq hökumətin sözügedən istiqamətdə siyasəti, siyasət sənədlərində verilən mesajlar onu deməyə əsas verir ki, ABŞ dolları indiki şərtlər daxilində Azərbaycan manatına münasibətdə möhkəmlənməyəcəkdir. Eyni zamanda ona da diqqət etmək lazımdır ki, bazarlarda yüksək tələb formalaşdırılacaq manat kütləsi yoxdur. Bu da öz növbəsində müəyyən mənada daxili gələndə artımlar riskini aşağı salır".

Ekspertin sözlərinə görə, sözügedən amilər tələbin birdən-birə manatın məzənnəsinə təsir edəcək səviyyədə yüksək olmasının qarşısını alır:

"Nəzərə alsaq ki, strateji valyuta ehtiyatları 70 milyarda çatır. Mərkəzi Bankın o cümlədən valyuta ehtiyatları artır. Hətta yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatlarında artımlar qeydə alınıb. Manatın məzənnəsinin ucuzlaşması riski yoxdur. Üzən məzənnə rejiminə keçilsə belə bu şərtlər daxilində manatın məzənnəsi möhkəmlənir nəinki ucuzlaşır. Gələcəkdə isə manatın məzənnəsinin ucuzlaşma hökumətin siyasətindən asılıdır. Məzənnə siyasəti diqtə məzənnə siyasətidir. Bu diqtə sabah yaxud 2-3 il sonra istənilən rəqəmə eyni formada transformasiya oluna bilər. Bu gün Mərkəzi dəyəri 1.70 müəyyən edib. Sabah bunu 2-3-də edə bilər. Bu artıq vəziyyətdən və Mərkəzi Bankın qəbul etdiyi qərarlardan asılıdır".скачать dle 12.1