Bia.Az

Büdcə qiyməti, real qiymət

İqtisadiyyat
 7-02-2024, 13:43     284

Fevralın 7-də “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 83,81 dollara satılır. Bu, büdcə qiymətindən 23,81 dollar yuxarı göstəricidir. Dövlət büdcəsində bir barrel neft 60 dollardan götürülüb. “AzəriLayt” yanvara 80,19, fevrala 86,28 dollarla başlayıb.

Beynəlxalq razılaşma 2024-cü il üçün gündəlik hasilat həddini 551 min barrel müəyyən edib.

2008-ci ildə ölkədə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton neft çıxarılıb.скачать dle 12.1