Bia.Az

Manatın satış faizi dəyişdi

İqtisadiyyat
 3-05-2023, 16:24     505

Mərkəzi Bankın İdarə Heyəti mayın 3-də uçot dərəcəsini 9 faizə qaldırıb.

Fevralın 1-dən uçot dərəcəsi 8,5 faiz, martın 29-dan 8,75 faiz müəyyən edilmişdi.

Növbəti qərarlar bu tarixlərdə veriləcək: 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr, 20 dekabr.

Uçot dərəcəsi Mərkəzi Bankın kommersiya banklarına manatla verdiyi borclar üzrə faiz dərəcəsidir.


Novator.az bildirir ki, 2021-ci ildə uçot dərəcəsi 6,25 faizdən 7,25 faizə, 2022-ci ildə 7,25 faizdən 8,25 faizə yüksəlmişdi.скачать dle 12.1