Bia.Az

Messini transfer edən PSJ 10 futbolçu ilə yolları ayıracaq

İdman
 11-08-2021, 12:03     277

Ötən gün "Barselona"dan ayrılan Lionel Messini heyətinə qatmaqla adından növbəti dəfə söz etdirən Fransa PSJ-si maliyyə vəziyyətini normal hala gətirməyə çalışır.
Offsideplus xəbər verir ki, daha əvvəl Corcinyo Veynaldum və Serxio Ramos kimi ulduzları da heyətə qatan Paris klubu bu səbəbdən yeni mövsümün startına qədər bir sıra futbolçularla yollarını ayıracaq. 
"Sky Sport" nəşri PSJ-nin ümumilikdə 10 futbolçu ilə yolları ayıracağını yazıb. Bunlar arasında, Lionel Messinin Argentina yığmasında da görmək istəmədiyi Mauro İkardi ilə yanaşı,  Tilo Kerer, İdrissa Geye, Rafinya və Ander Errera kimi adlar da var.скачать dle 12.1