Bia.Az

19 ölkənin qızılı var

İdman
 27-07-2021, 10:05     290

İyulun 26-na olan hesabata görə, Tokio Yay Olimpiya Oyunlarında 19 ölkənin təmsilçiləri çempionluq əldə edib.

Novator.az Beynəlxalq Olimpiya Komitəsinin internet səhifəsinə istinadla bildirir ki, Çin və Yaponiya 6 qızıl medalla öndə gedirlər.
ABŞ 5 qızıl, Avstraliya və Cənubi Koreya 2 qızıl əldə edib.


Rusiya, İtaliya, Böyük Britaniya, Kanada, Fransa, Macarıstan, Tunis, Avstriya, Ekvador, İran, Kosovo, Norveç, Tailand və Özbəkistanın 1 qızıl medalı var.


İyulun 23-də start götürən olimpiada avqustun 8-də başa çatacaq.


Yaponiya paytaxtındakı oyunlar 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanın qatıldığı 7-ci olimpiadadır. Əvvəlki 6 olimpiadada ümumilikdə 42 medal əldə olunub: 7 qızıl, 11 gümüş, 24 bürünc.


Mənbə: Olympics.comскачать dle 12.1