Bia.Az

“Qarabağ” üçün tarixi oyun

İdman
 14-12-2023, 10:44     473

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan çempionu doğma meydanda İsveçin “Hekken” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Azərbaycan təmsilçisinin tarixinə düşə bilər. İlk dəfə ölkəmizin təmsilçisi Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanar.

“Qarabağ” səfərdə 1:0 hesabıyla məğlub etdiyi bu rəqibə doğma meydanda da qalib gəlməlidir. Əks halda təmsilçimiz Avroliqanı tərk edib, mübarizəni Konfrans Liqasında davam etdirə bilər.

Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gələcək. “Qarabağ” məğlub olacağı halda, “Molde”nin də Almaniyada xal itirməsini arzulayacaq.

Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
21:45. “Qarabağ” – “Hekken”
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.скачать dle 12.1