Bia.Az

Azərbaycan millisi Ukraynaya məğlub oldu

İdman
 22-11-2023, 01:35     529

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda reallaşan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Ukrayna 15 xalla liderdir. U-21 millimiz 3 xalla beşinci pillədə qərarlaşıb.скачать dle 12.1