Bia.Az

Bakıda “Termoplast” MMC-də ÖLÜM

Hadisə
 22-10-2022, 14:53     232

Bakıda fəhlə işlədiyi müəssisənin qurutma dəzgahının bunkerinə yıxılaraq ölüb.

Bu barədə Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Oktyabrın 21-i saat 13 radələrində Nərimanov rayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda istintaq davam edir.
скачать dle 12.1