Bia.Az

Səhiyyə Nazirliyi narkomaniyadan müalicə alan şəxsin iddialarına cavab verdi

Hadisə
 24-08-2021, 10:45     273

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində müalicə alan vətəndaş orada müalicənin keyfiyyətli olmaması, xidmətin bərbad olunması ilə bağlı iddialar səsləndirib.
O, bu barədə sosial şəbəkələrdə məlumat yayıb.
O, Respublika Narkoloji Mərkəzindən narazılığını ifadə edib.
Məsələ barədə Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq.
Ölkə.az xəbər verir ki, qurumun Respublika Narkoloji Mərkəzindən “oxu.az”a verilən məlumata görə, iddialarla çıxış edən şəxs 10 il narkomaniyadan əziyyət çəkməsinə baxmayaraq, üç dəfə qısa müddətli müalicə alıb:
“O, heç vaxt stasionar müalicə kursunu tamamlamayıb. Təəssüf ki, bu kimi xəstələr müalicə olunanlar arasında böyük əksəriyyəti təşkil edir.
Onlar müəyyən səbəblərdən (yaxınlarının təkidi, maddi imkansızlıq, narkotikin dozasını aşağı salmaq, hüquqi tədbirlərdən uzaq olmaq və digər məqsədlərlə) stasionar müalicəyə qəbul olunurlar.
Müalicəni sona çatdırmadan bəhanələrlə evə yazılmağı tələb edirlər”.
Respublika Narkoloji Mərkəzindən qeyd edilib ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, dünya əhalisinin üç faizi (270 min nəfər) narkomaniyadan əziyyət çəkir.
Həmin təşkilatın tədqiqatları göstərir ki, narkotik asılılığı olan şəxslərin yalnız 2-3 faizi bu bəladan qurtula bilir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, müalicə nəticəsində narkotik asılılıqdan azad olanlarla öz səyləri ilə (yəni heç bir müalicə olmadan) normal, narkotiksiz həyata qayıda bilənlərin sayı təxminən eynidir.
Bu, o deməkdir ki, əksər hallarda nəticə müalicə üsullarından deyil, şəxsin fərdi xüsusiyyətindən daha çox asılıdır.
Bu gün dünyada elə bir müalicə üsulu yoxdur ki, şəxsin iradəsindən kənar, onu narkotikin psixi asılılığından azad etsin.скачать dle 12.1