Bia.Az

Səhər saatlarında Bakı metrosunda nə baş verib? - SON DƏQİQƏ AÇIQLAMASI

Hadisə
 3-04-2024, 12:08     166

Bu gün səhər saatlarında “Bakı Metropoliteni”ndəki qatarların fəaliyyətində gecikmə müşahidə olunub.

Metro istifadəçisi kimi mən də “Neftçilər” istiqamətində hərəkət edən qatarda bu halla rastlaşdım. Hətta təxminən 09:50-də “Nəriman Nərimanov”dan “Ulduz”a keçiddə qatar dayandı. Qısa fasilədən isə hərəkətinə davam etdi.

Durumu aydınlaşdırmaq məqsədilə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

Sözçü Musavat.com-a bildirdi ki, səhər saatlarında qatarların hərəkətində gecikmə olmayıb:

“Hər hansı bir qatarda nasazlıq və yaxud infrastrukturla bağlı bir problem olarkən ümumi məlumatı gözləmədən biz bunu avtomatik olaraq ictimailəşdirdik ki, sərnişinlərdə məlumat qıtlığı və yaxud narahatlıq yaranmasın. İnfrastruktur və qatarlarla bağlı hər hansısa bir problem yoxdur. Amma sərnişin axınının hər gün tənzimlənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Aprel ayı sərnişinlərin müəyyən həcmdə artdığı bir dövrdür. “Bakı Metropoliteni” üçün belə dövrdə ən vacib məqam sərnişin axınının tənzimlənməsi və bu axının istiqamətlərinə uyğun olaraq müxtəlif texniki tədbirlərin görülməsidir. Bu tədbirlər hər gün görülür. Sadəcə olaraq avxt baxımından dəyişiklik ola bilir. Səhər saatları gur vaxtlardır.

Ehtiyat qatarların xəttə verilməsi texniki cəhətdən mümkün olmadığından manevr işlərini “Memar Əcəmi”, digər tərəfdən “Neftçilər” və 2 xəttin yalnız 1 deposu olduğu üçün Nəriman Nərimanov elektrik deposundan edə bilirik. Bu tənzimləmələr zamanı siz müəyyən sahələrdə əvvəlkindən fərqli bir hərəkət istiqaməti görə bilərsiniz. Gur saatın başa çatma ərəfəsində - saat 10-a doğru qatarların depoya verilməsi, depodan xəttə buraxılmasından əlavə olaraq ehtiyat qatarın da xəttə verilməsi təmin olunur. Bunun üçün də xəttə müəyyən qatar çıxmalıdır, digər qatar daxil olmalıdır. Bunlar sırf texniki məsələlər olduğu üçün sentyabrdan başlayaraq sərnişinlərə müraciətimiz o olur ki, Metropolitendə hərəkət edərkən planlarınızı 5-10 dəq civarında ertələyin ki, biz operativ olaraq monitorinqlərin nəticəsini, müxtəlif tədbirləri həyata keçirək. Bu səbəbdən də müəyyən sahələrdə interval məsələn, 2,5 dəqiqədirsə, siz orada 3 dəqiqə də gözləyə bilərsiniz. Burada söhbət saniyələrdən gedir. Yekun olaraq bir qrup sərnişin işə tələsərkən ənənəsindən 1 dəqiqə kənara çıxma olanda artıq müəyyən narazılıq yarana bilir.

Tənzimləmələr bundan sonra da bu qaydada, operativ şəkildə mütləq qaydada olacaq. Çünki yüklənmiş stansiyaların yükü azaldılmalıdır. Sərnişinlərin qismən də olsa, rahatlığı təmin olunmalıdır”.скачать dle 12.1