Salyanda iki nəfər dəm qazından öldü
Salyanda iki nəfər dəm qazından boğularaq ölüb.
Axar.az xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.
Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Davud Qabil oğlu Ələkbərzadə və Neftçala sakini, 1995-ci il təvəllüdlü Urufət Oruc oğlu Ağamməmmədovdur.
Onlar hadisə baş verən evdə kirayədə yaşayıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.