BAKI-QUBA YOLUNDA DƏHŞƏT - Mikroavtobusla TIR toqquşub, 6 nəfər ölüb

Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub, ölənlər və yaralılar var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes Vita" markalı mikroavtobusla TIR toqquşub.
İlkin məlumata görə, 6 nəfərin öldüyü bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.