Bia.Az

Kəlbəcərdə qəza – AXCP üzvü öldü

Hadisə
 23-11-2022, 14:41     226

Noyabr ayının 18-də Kəlbəcər rayon Bağlıpəyə kəndi ərazisində Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi frontal yükləyicinin idarəetməni itirərək aşması nəticəsində dünyasını dəyişib.

Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, F.Tağıyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının Abşeron şöbəsinin üzvü olub.

скачать dle 12.1