Bia.Az

Həqiqəti bilə-bilə yalana inanan beyin - SƏBƏB

Hadisə
 11-11-2022, 14:22     254

Hər kəsin inandığı yalanlar var. Mütəxəssislər kəşf ediblər ki, doğru məlumatlara inanmaqdansa, daha çox yalanlara inanırıq.

Publika.az “haberglobal”a istinadla xəbər verir ki, yanlış məlumatın əslini sonradan öyrənsək də, inandığımız yalanlar beynimizdəki yerini tərk etmir.

İstər fərdi, istərsə də sosial olaraq qəbul etdiyimiz hər bir qərarı dəqiq məlumat əsasında qurmağa çalışırıq. Şimal-Qərb Universitetinin kommunikasiya tədqiqatları üzrə professoru Natan Valter deyir: "Hər səviyyədə dezinformasiyanın həqiqətdən üstün olduğunu düşünürəm".
Valter qeyd edir ki, yalanlar insanın siyasi baxışlarına, dini inanclarına və ya sosial münasibətlərinə uyğun gələndə davam edir. Əgər bir insan siyasi və dini səbəblərdən yalana inanırsa, o yalan məlumatı dəyişdirmək və ya onu həqiqətə inandırmaq çox çətindir. Üstəlik, araşdırmaya görə, yanlış məlumatı düzəltməyə çalışmaq da bu dezinformasiyanın güclənməsinə səbəb ola bilər.

Eyni zamanda, bir şeyin təkrarlandığını nə qədər çox görsək, onun doğru olduğuna bir o qədər inanırıq. Buna "yalnçı həqiqət effekti" deyilir.
Mütəxəssislərin fikrincə, yaddaşımızdakı düzgün məlumatlar zamanla öz təsirini itirə bilər və beynimiz yenidən yanlış məlumatı bizə təqdim edə bilər.скачать dle 12.1