Bia.Az

Əhmədabadın 19 yaşlı ŞƏHİD OĞLU

Gündəm
 19-12-2021, 16:14     332

Əhmədabad Axısxa türklərinin kompakt yaşadığı kəndlərdəndir. Rayonla arası on yeddi km olar, bu gün gəldiyim ilk ünvandır bu. Bu evdə şəhid Muradov Elxan Murad oğlu dünyaya gəlib. Bu evdə ilk addımlarını atıb, bu həyətdə oynayıb..,yüyürüb, yıxılıb, d izləri bu torpağa dəyərək qanayıb, al qanı torpağa qarışanda könlündən qeyriadi hisslər keçib və ilk dəfə torpağın vətən olmasını onda görüb Elxan...

Amma indi o yoxdur, həyətə girib elə onu çağırmaq istəsəm də səsim boğazımda qalır. Geniş həyətin o başından yaşlı qadın mənə tərəf gəlir, amma ondan qabaq iki qara köpək çatıb ayyaqlarımı qoxulayır, başını qaldırıb qəribə baxışlarla üzümə baxır. Dilsiz baxışlarından mehribanlıq dolu həsrət süzülür. Düşünürəm bəlkə də Elxan üçün darıxır, yəqin sağ olanda çox əzizləyib onu, indi də hər gələndən Elxanı soruşur...

Muradov Elxan Murad oğlu- 15 may 2001-ci ildə doğulub, orta məktəbi də bu kənddə bitirib. Gülərüz, mehriban oğlan olub, müəllimləri də, şagird yoldaşları da onu çox istəyiblər. Vaxtı çatanda qanuni hərbi xidmətə yollanıb, ilk altı aylıq xidmət müddətini Goranboyda, qalan bir ilini isə Ağdamda yerləşən “N” saylı hərbi hissədə qulluq edib. Vətən müharibəsi başlayanda elə hərbi hissədə onunla birgə xidmət edən əsgər yoldaşları ilə bərabər vətən qarşısında borcunu döyüş meydanında ödəməyə başlamışdır. Elxangil ailədə dörd uşaq olublar, iki bacı və iki qardaş. Bacıları ailə həyatı qurmuş, o biri qardaşı isə hazırda Türkiyənin Uşak şəhərində ali təhsil alır. Anası Kifayət xanımın mavi-ala gözlərində ümid qığılcımları parıldayır, tez-tez kövrələn, narahatlıqla ətrafına boylanaraq sanki oğunu axtaran ananın əlacsızlığı bağrımı yandırıb yaxır. Gənc və gözəl türk qızının solğun yanaqlarını isladır isti göz yaşları, narahat baxışları ətrafı dolanıb gözlərimə sancılır: -“Bizə göstərmədilər ki, balamı..., mən onun ölümünə inanmıram..., o sağdır, gələcək bir gün..” –deyir.
Elə inamla deyir ki, mənə də sirayət edir və mən də bəzən möcüzələr baş verdiyinə inanıram... Kaş ki... Bibisi Fatimə xanım Elxanın haqqında yana-yana danışır, deyir: -“ Hərbiyə o qədər həvəsli idi ki, əsgər getməzdən üç gün qabaq hərbi paltar geyib gəlmişdi evə. Şəhidliyi uca məqam hesab edirdi və mən də şəhid olacağam deyirdi...


“Bu yanvarda gələcəkdi balam”- deyir Kifayət xanım, “gözüm yolda qalıb...” Elxanın atası Murad oğlu ilə sonuncu dəfə müharibə başlamazdan bir neçə gün qabaq əlaqə saxlaya bilib, deyir, “Ruh yüksəkliyi ilə danışırdı, Vətənə xidmət etməsindən qürur duyurdu..” ..Havalar barıt qoxulu, Yollar hələ də qorxulu. Yarımçıq qalan nağılı, Bitirməyə gümanım var!..(Ş.Ş) Elxan 08 oktyabr 2020 ildə Füzuli uğrunda gedən qanlı döyüşlərin birində şəhadətə yetişib və Əhmədabad kənd qəbristanlığında dəfn edilmişdir.

Ölümündən sonra isə “Vətən uğrunda “ medalı ilə təltif olunmuşdur. ...Müharibə dəhşətlər yaradır, o elə bir dəyirmandır ki, orda canlar üyünür... Qandır, fəlakətdir müharibə, amma Azərbaycan dövlətinin, onun Ali Baş Komandanı İlham Əliyevin son çıxış yolu özü istəməsə də bu müharibədən keçməli oldu. İgid və cəsur Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətənin çətin günündə bir nəfər kimi haqq davasına qoşuldu və düşmənə qalib gələrək adlarını tarixə yazdılar. Dəmir yumruq kimi birləşən xalqımızın hər bir nəfərinin bu zəfərdə öz payı vardır... Elə damarlarında təmiz türk qanı axan Elxan Muradovun da..

19 yaşında Vətənin azadlığı uğrunda canından keçmiş oğullarımızdan biri də adı kimi, soyadı kimi elcanlı, vətənmuradlı Elxan Murad oğlu Muradovdur. Elxan 2001-ci ilin may ayının 15-də Sabirabad rayonunun Əhmədabad kəndində doğulub. Bahadur Şabanov adına Əhmədabad kənd tam orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra 2019-cu ilin oktyabr ayının 7-də həqiqi hərbi xidmətə çağırılıb və Ağdamda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb. Zabitlər tərəfindən həmişə təqdir görən gənc əsgər, yoldaşları arasında da hörmət sahibi olub. Elxanın oxuduğu məktəbə adı verilən Bahadur Şabanov I Qarabağ Müharibəsinin şəhididir. – Vətəncanlılıq, əhdə vəfa, dövləti, bayrağı müqəddəs bilmək Axıskalı soydaşlarımızın canında-qanındadır.

İNANCIMIZ GÜCÜMÜZDÜR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş Elxan Muradovun atası, Sabirabad rayonunun Əhmədabad kənd sakini Murad Muradovla görüşüb. Və təəssüratını qələmə alıb.
Onun şəhid Elxan Murad oğlu Muradovla bağlı yazısını təqdim edirik:

... Elxanın atası ilə görüşdük, dədrləşdirk, uğurlaşdıq. Şəhid atasının duruşu, “Vətən sağ olsun!” deməsi çox təsirli, qürurvericidir.
Sizlərə minnətdarıq, əziz Şəhid valideynləri!
Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günündən döyüşlərə cəlb olunan əsgər Muradov Ağdam istiqamətində gedən ağır döyüşlərdə, 2020-ci il oktyabr ayının 7-də şəhidlik zirvəsinə ucalıb. Hərbi xidmətə yola düşməsindən 1 il 3 ay keçmiş şəhadət şərbəti içən Elxan, böyüyüb boya-başa çatdığı Əhmədabad kənd qəbirstanlığında torpağa tapşırılıb. İndi Əhmədabad kənd qəbirstanlığı ziyarət edənlər mütləq Elxanın qəbrinə baş çəkir, ruhuna dualar oxuyur.
Elxanın müəllimi, Axıska Türklərinin “Vətən” Cəmiyyətinin tanınmış üzvü, Əhmədabad kənd sakini Güləhməd Mövludoğlu öz şəhid şagirdi haqqında ürək sözlərini bizimlə bölüşdü:“Elxan Muradov məktəbdə oxuduğu müddət ərzində intizamlı, çalışqan şagird olub; məktəbin bütün ictimai işlərində fəal iştirak edib; şagird kollektivinin və müəllimlərinin hörmətini qazanıb.
Müharibə ölüm, qan-qada deməkdir. Müharibədə itirdiyimiz oğullar üçün qəlbimiz sızlayır, ürəyimiz göynəyir. Ancaq biz itirsək də cənnət qazandı”...

Bəli, mən də Güləhməd müəllimin fikirlərinə qoşuluram. Bir ailə oğul itirəsə də, o oğul artıq bütün xalqın əzizi, Vətənin oğlu olursa, bu ayrı bir nemətdir, sıradan cümlələrlə anladılması çətindir.
Şəhidlərin özlməzliyi, ruhların əbədiliyi – inancımızdır!
Cənnətməkan şəhidlərin ruh şadlığına inanırır
İnam bizə təsəlli verir, taqət verir, güc verir.
İnanmış insan yenilməzdir.

Elxanın qanı yerdə qalmayıb. Onun uğrunda can verdiyi torpaqlarda bugün üçrəngli müqəddəs bayrağımız dalğalanır.
BAYRAĞIMIZ HƏMİŞƏ UCA OLSUN!
VƏTƏN SAĞ OLSUN!

HAVALAR BARIT QOXULU...

Muradov Elxan Murad oğlu- 15 may 2001-ci ildə doğulub, orta məktəbi də bu kənddə bitirib. Gülərüz, mehriban oğlan olub, müəllimləri də, şagird yoldaşları da onu çox istəyiblər. Vaxtı çatanda qanuni hərbi xidmətə yollanıb, ilk altı aylıq xidmət müddətini Goranboyda, qalan bir ilini isə Ağdamda yerləşən “N” saylı hərbi hissədə qulluq edib. Vətən müharibəsi başlayanda elə hərbi hissədə onunla birgə xidmət edən əsgər yoldaşları ilə bərabər vətən qarşısında borcunu döyüş meydanında ödəməyə başlamışdır.
Elxangil ailədə dörd uşaq olublar, iki bacı və iki qardaş. Bacıları ailə həyatı qurmuş, o biri qardaşı isə hazırda Türkiyənin Uşak şəhərində ali təhsil alır. Anası Kifayət xanımın mavi-ala gözlərində ümid qığılcımları parıldayır, tez-tez kövrələn, narahatlıqla ətrafına boylanaraq sanki oğunu axtaran ananın əlacsızlığı bağrımı yandırıb yaxır. Gənc və gözəl türk qızının solğun yanaqlarını isladır isti göz yaşları, narahat baxışları ətrafı dolanıb gözlərimə sancılır:
-“Bizə göstərmədilər ki, balamı…, mən onun ölümünə inanmıram…, o sağdır, gələcək bir gün..” –deyir.

Elə inamla deyir ki, mənə də sirayət edir və mən də bəzən möcüzələr baş verdiyinə inanıram… Kaş ki…

Bibisi Fatimə xanım Elxanın haqqında yana-yana danışır, deyir:
-“ Hərbiyə o qədər həvəsli idi ki, əsgər getməzdən üç gün qabaq hərbi paltar geyib gəlmişdi evə. Şəhidliyi uca məqam hesab edirdi və mən də şəhid olacağam deyirdi…

-“Bu yanvarda gələcəkdi balam”- deyir Kifayət xanım, “gözüm yolda qalıb…”
Elxanın atası Murad oğlu ilə sonuncu dəfə müharibə başlamazdan bir neçə gün qabaq əlaqə saxlaya bilib, deyir, “Ruh yüksəkliyi ilə danışırdı, Vətənə xidmət etməsindən qürur duyurdu..”

..Havalar barıt qoxulu,
Yollar hələ də qorxulu.
Yarımçıq qalan nağılı,
Bitirməyə gümanım var!..

Elxan 08 oktyabr 2020 ildə Füzuli uğrunda gedən qanlı döyüşlərin birində şəhadətə yetişib və Əhmədabad kənd qəbristanlığında dəfn edilmişdir. Ölümündən sonra isə “Vətən uğrunda “ medalı ilə təltif olunmuşdur.

…Müharibə dəhşətlər yaradır, o elə bir dəyirmandır ki, orda canlar üyünür… Qandır, fəlakətdir müharibə, amma Azərbaycan dövlətinin, onun Ali Baş Komandanı İlham Əliyevin son çıxış yolu özü istəməsə də bu müharibədən keçməli oldu. İgid və cəsur Azərbaycan Ordusunun hərbi qulluqçuları Vətənin çətin günündə bir nəfər kimi haqq davasına qoşuldu və düşmənə qalib gələrək adlarını tarixə yazdılar. Dəmir yumruq kimi birləşən xalqımızın hər bir nəfərinin bu zəfərdə öz payı vardır…Elə damarlarında təmiz türk qanı axan Elxan Muradovun da..

ELXAN HEC VAXT YADDAN CIXMIR

Sabirabad suvarma sistemləri idarəsinin kadrlar şöbəsinin müdiri, şəhid Elxan Muradovun yaxın qohumu Mustafa Məmmədəliyev deyir:
" 44 gün davam edən Vətən müharibəsində, haqq savaşında əldə edilən Qələbə əzəli torpaqlarımıza Böyük Qayıdışın təntənəsi oldu. Müzəffər Ali Baş Komandanın da vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də Xeyirin Şər üzərində qələbəsi oldu. 
Bu gün Azərbaycan qalib bir ölkə kimi bütün dünyaya səs salıbsa, şanlı ordumuzun gücü, qüdrəti sayəsində işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımız dalğalanırsa, buna görə Ali Baş Komandanımıza, şəhidlərimizə, əsgər və zabitlərimizə, hərbçilərimizə minnətdar olmalıyıq. Şəhidlərimizin ruhu qarşısında bir ömür boyu baş əyməliyik.

"Qarabağ Azərbaycandır!” deyərək Ali Baş Komandanın "İrəli!” əmrini layiqincə yerinə yetirən, Vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşən və qəhrəmancasına şəhid olan igid Vətən oğullarından biri də 20 yaşlı əsgər Elxan Murad oğlu Muradovdur. Mən yaxın qohumum Elxanla qurur duyur, sözün həqiqi mənasında fəxr edirəm. Dogrudan da Şəhidlər ölməz, Vətən bölünməz."

Bu gün Bahadur Şabanov adına Əhmədabad kənd tam orta məktəbin məzunu olmuş, Vətən uğrunda Şəhidlik zirvəsinə yüksələn 19 yaşlı qəhrəmanımızın əziz xatirəsi oxuduğu məktəbdə daim yad olunur. Onun haqqında məktəb  direktoru dil-ədəbiyyat müəllimi Aydın Veysəlov, direktor müavini tarix müəllimi Güləhməd Məmmədəliyev, müəllimə Nərminə Heydərova Vətən oğlunun məktəb illərinə, döyüş yoluna nəzər salıb, şəhidimizi xoş xatirələrlə anırlar. 
Onlar məktəbin yetirməsi olan Elxan kimi oğullarımızla fəxr etdiklərini, şəhidlərimizin valideynləri qarşısında baş əydiklərini bildiriblər. Vətənin, xalqın başını uca edən şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə yaşayacaqlarını söyləyirlər.

Hazırladı: Əlyar ASLAN

BİA.AZ
скачать dle 12.1