Bia.Az

Delimitasiya hansı xəritələrlə aparılacaq? - Şərh

Gündəm
 12-12-2023, 16:45     375

Paşinyanın müavini Mger Qriqoryan 6 dekabrda Ermənistan parlamentində çıxışı zamanı sərhədin müxtəlif hissələri ilə bağlı delimitasiya işlərinin 1975-1979-cu illəri əhatə edən 22 xəritə ilə aparılacağını bildirib. Əlbəttə, buna Azərbaycan da razılıq verməlidir. Fikrimcə, danışıqlarda da bəhs etdiyimiz istiqamətdə ümumi anlayış mövcuddur.

Bu sözləri Axar.az-a Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi üçün həyata keçiriləcək delimitasiya prosesində istifadə olunacaq xəritələr haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

O, prosesin dinamikasının formalaşacaq siyasi mühitdən asılı olacağını qeyd edib.

“Əsas məsələ ziddiyyətlər olduğu zaman gücdən istifadə etməmək öhdəliyidir. Əgər sülh sazişi imzalansa və tərəflər bu öhdəliyi üzərlərinə götürsə, delimitasiya prosesi uzun illər davam edə bilər. Ancaq bütün hallarda prosesin sürəti Azərbaycan və Ermənistan arasında formalaşacaq siyasi mühitdən asılı olacaq”.

Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov isə Azərbaycanın qazandığı Zəfərin veriləcək qərarlara mütləq şəkildə təsir göstərəcəyini vurğulayıb:

“Delimitasiya prosesində hansı xəritələrdən istifadə olunacağı məsələsi iki tərəfin də birlikdə verəcəyi qərardan sonra müəyyən ediləcək. SSRİ dövrü xəritələrindən istifadə ehtimalı daha çoxdur. Xəritənin 1975 və s. illərə aid olması mütləq deyil. Delimitasiya işinin mahiyyəti, tarixi, coğrafi və siyasi məqamlar da bunu tələb edir. İkitərəfli delimitasiya komissiyası var, görüşlər keçirilir. İki dövlət hərbi-siyasi reallıqlar nəzərə alınmaqla qərarlar verəcək. Azərbaycanın qazandığı Zəfər veriləcək qərarlara mütləq şəkildə öz təsirini göstərəcək”.скачать dle 12.1