Bia.Az

Ermənistan konstitusiya məhkəməsi düzəliş etdi: Putinin həbsi ilə bağlı... - NƏ BAŞ VERİR?

Gündəm
 27-03-2023, 11:44     275

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Səməd müəllim, Azərbaycanla Ermənistan arasında sülhün əldə edilib-edilməməsi müzakirə edilir. Sizcə, indiki halda yekun sülhün əldə edilməsinə başlıca əngəl nədir?

- Hazırkı mərhələdə bu prosesdə hər hansı bir paradoks yoxdur. Sözsüz ki, burada sülh istəyən və istəməyən qüvvələr də var. Amma Ermənistan başqa bir taktika seçib. Bu da onun II Qarabağ müharibəsindən sonra ən böyük səhvidir. Ancaq yəqin ki, dırnaqarası ağıllılar Ermənistan üçün belə bir məsləhət biliblər. Ona görə də, Ermənistan bu cür davranış sərgiləyir. Bunun mahiyyəti isə Ermənistanın II Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra reallığı qəbul etmək imkanı və istəyi ilə bağlıdır. Görünən odur ki, onlar reallığı qəbul etmək istəmirlər. Ermənistanın xarici işlər naziri, baş nazir Nikol Paşinyanın bir gün sülh tərəfdarı, ertəsi gün isə bunun əleyhinə çıxışları göstərir ki, onlar başqa bir mövqedədirlər.

- Əsas niyyətləri nədir?

- Erməni tərəfinin əsas hədəfləri beynəlxalq təşkilatlarda mümkün imkanları toparlayıb Azərbaycanın əleyhinə iş aparmaqdan ibarətdir. ABŞ-da, Fransada və digər ölkələrdə erməni diasporası bu işləri görür. İndiki halda Rusiyada onların bu işləri görmək imkanları məhduddur. Ona görə də, erməni lobbisi beynəlxalq təşkilatlarda və Qərb dünyasında öz imkanlarını səfərbər edərək Azərbaycana qarşı absurd sənədlərin qəbul olunmasını hədəfləyib. Bununla da beynəlxalq ictimaiyyətdə anti-Azərbaycan ritorikasına nail olmağa çalışırlar. Bu faktdır. Avropa Parlamentində, Avropa Şurasında, ABŞ Konqresindəki dinləmələr bunu təsdiq edir. Hətta ABŞ dövlət katibi hansısa bir formada Azərbaycanı müdafiə etməyə cəhd edib.

- Azərbaycana qarşı təbliğat işində daha çox hansı xətti əsas götürüblər?

- İndiki halda Ermənistan məhz bu istiqamətdə Azərbaycana qarşı kampaniya aparır. Onlar iddia edilər ki, guya Azərbaycan hansısa bir formada Qarabağda etnik təmizləmə aparır. Amma reallıqda belə bir şey yoxdur. Əksinə soyqırımı və etnik təmizləmə siyasətini erməni tərəfi məhz Azərbaycana xalqına qarşı aparıb. Ermənistanın işğal faktı ilə bağlı təkzibedilməz faktlar ortadadır. Bu günə qədər də Qazağın 7, Naxçıvanın 1 kənd erməni işğalı altındadır. Amma onlar yenə də Azərbaycana qarşı təbliğat kampaniyası aparırlar.

- Ölkəmizə qarşı aparılan kampaniyalarda bu məsələlərə nə dərəcədə yer verilir?

- Sözsüz ki, sülh barışıq istədiklərini deyəcəklər. Amma əl altından da başqa işlərlə məşğuldurlar. Hətta Azərbaycan əsgərinə güllə ataraq mövqelərimizi atəşə tutaraq bizə təzyiq etmək niyyətindədirlər. Burada da baş verəcək mümkün qarşılıqlı atışmanı Ermənisatanın deyil, Qərbə məhz Azərbaycanın günahı kimi qələmə vermək niyyətləri açıqdır. Çünki onlar bütün imkanlardan istifadə edib Azərbaycan qarşı mənfi imic formalaşdırmağa çalışırlar.

- Bu siyasi gedişdən istifadəyə səbəb nədir?

- Bu siyasətin iki əsas mənası var. İlk növbədə onlar bu cür siyasi taktika ilə Ermənistanı Rusiyadan qoparmaq məsələsi ilə bağlı vermiş olduqları vədlərini yerinə yetirmiş olacaqlar. Bu da Qərb üçün sərfəli bir məsələdir. Çünki Rusiya Prezidenti Vladimir Putinlə bağlı beynəlxalq cinayət məhkəmənin çıxarmış olduğu nizamnaməni Ermənistan öz konstitusiya məhkəməsində təsdiq edib. Həmin məhkəmə məhz Putinin həbs qərarını çıxarandan sonra Ermənistanın beynəlxalq məhkəmənin nizamnaməsini özünün konstitusiya məhkəməsində təsdiq etdi.

- Rusiyanın buna münasibəti necə oldu?

- Əslində bu, Rusiya tərəfinə açıq şəkildə Ermənistanın meydan oxumasıdır. Çünki onların istəyi odur ki, Qərb onları daha çox dəstəkləsin və onlara daha çox pul versin. Beləliklə, Ermənistan Qərb daxilində müdafiə edilən bir quruma çevrilsin. Burada digər bir məqam Qarabağda yaşayan ermənilərə bu siyasət vasitəsi ilə beynəlxalq müdaxilənin tətbiq edilməsidir. Onlara hansısa status və yaxud başqa imtiyazlar verməyi nəzərdə tuturlar. Ona görə də erməni tərfi indi daha çox olmayan və yalandan daha çox sülh haqqında danışmağa çalışır. Digər tərəfdən isə sülh haqqında danışa-danışa buna qarşı iş aparır.

- Qərbin Ermənistana bu qədər bağlılığını necə izah etmək olar?

- Burada Azərbaycana, Türkiyəyə qarşı nifrət, islamafobiya əsas amildir. Qərbdən olan qüvvələr məhz bu konteksdə Ermənistandan bir alət kimi istifadə edir.

- Bu gedişlərə qarşı Azərbaycanın strategiyası nədən ibarətdir?

- Ermənilər əyani şəkildə Rusiyadan tam asılı olduqları halda belə KTMT-dən imtina edir, Putinlə bağlı qərarlara qoşulurlar. Əslində bu Ermənistanın Qərbdən daha çox dəstək əldə etmək üçün apardığı oyunlardır. Çünki düşünürlər ki, artıq Rusiyadan nəsə qopara bilməyəcəklər. Paşinyan iqtidarının Qərbə olan meyli burada başlıca önəm kəsb edir. Amma bunların əhəmiyyəti olmayacaq. Çünki erməni tərəfi 2020-ci ilə də eyni yanaşmanı ortaya qoydu və Azərbaycandan layiqli cavab aldı. İndi də heç nə əldə edə bilməyəcəklər. Azərbaycan bütün bu hallara qarşı özünün dürüst, düzgün siyasi strategiyası ilə cavab verir və bundan sonra da cavab verəcək.
скачать dle 12.1