Bia.Az

Ərdoğanın mitinqlərinə Bakıdan kimlər gedəcək?

Gündəm
 10-03-2023, 14:33     255

Martın 11-dən seçki kampaniyası başlayır;  Araşdırmalar Mərkəzinin Türkiyənin 26 vilayətində keçirdiyi sorğunun nəticələri açıqlandı...

Bu gün-martın 10-da Türkiyədə seçkilərə rəsmi start verilən qərar elan olunacaq, martın 11-də isə seçki kampaniyası başlayacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib ki, zəlzələdə zərər görən, həmçinin bu səbəbdən yaşadığı yerləri tərk edən vətəndaşların səsvermə prosesində tam və qanuni şəkildə iştirakını təmin etmək üçün xüsusi fərman imzalanacaq.
Xatırlatmaq yerinə düşər ki, “Optimar” Araşdırmalar Mərkəzi Türkiyənin 26 vilayətində 2000 nəfər arasında qarşıdakı prezident və parlament seçkiləri ilə əlaqədar soğru keçirmişdi. Sorğuda respondentlərə “Bu gün seçki olsaydı, hansı partiyaya səs verərdiniz” sualı ünvanlanıb.
Partiyalar arasındakı səs nisbəti aşağıdakı kimidir:
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) - 40 faiz;
Cümhuriyyət Xalq Partiyası (CHP) - 25.7 faiz;
İYİ Partiya - 10.1 faiz;
Xalqların Demokratik Partiyası (HDP) - 9.6 faiz;
Millətçi Hərəkat Partiyası (MHP) - 7.1 faiz;
Məmləkət Partiyası - 1.7 faiz;
Yenidən Rifah Partiyası - 1.2 faiz;
Səadət Partiyası - 1.2 faiz.
Digər partiyaların səs nisbətləri 1 faizdən aşağıdır.
Prezidentliyə namizədlər arasında da vəziyyət fərqli deyil:
Prezident Rəcəb Tayyib Ərdoğan - 43.2 faiz;
CHP lideri Kamal Kılıçdaroğlu - 13.5 faiz;
Ankara bələdiyyəsinin sədri Mansur Yavaş - 11.8 faiz;
İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 7.4 faiz.
Azərbaycanda diqqətlə izlənəcək bu taleyüklü seçki kampaniyası haqda kimlər nə düşünür? Azərbaycanın tanınmış siyasət adamları Ərdoğanın mitinqlərinə qatılıb AKP liderinə dəstək vermək istəyirmi, seçki kampaniyasının daha çox hansı tezislər üzərində qurulacağını düşünürlər?
Tural Abbaslı: Navalnı Qərbin bir projesidir - "İki sahil"
Tural Abbaslı 
AG Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, dünyada belə bir təcrübə var. O qeyd etdi ki, Ukraynada “narıncı inqilab”, Gürcüstanda Saakaşviliyə dəstək üçün Bakıdan gedənlər olub: “Siyasətçilərin başqa ölkədəki seçkilərə müdaxiləsi etik sayılmır. Həm də inanmıram ki, Türkiyədən bizi dəvət etsinlər. Türkiyədə belə ənənə yoxdur. Biz Türkiyə telekanallarına Ərdoğanın seçilməsinin Azərbaycan üçün önəmi haqqında şərh verə bilərik. Bu şərhlərin xalqın seçiminə nə dərəcədə təsir edəcəyini isə zaman göstərəcək. AKP-nin seçilməsi təkcə Azərbaycan, Qarabağ üçün deyil, türk-islam dünyası üçün də önəmlidir. Bu, türk-islam dünyası üçün ən önəmli seçkidir.  Ümid edirəm ki, seçicilər bunu nəzərə alacaqlar”.
O ki qaldı seçki platformasına, T.Abbaslı bu barədə fikir söyləməyin çətin olduğunu vurğuladı: “Ərdoğan uzun illərdir siyasətdədir, təcrübəli liderdir. Yəqin ki, hansı tezislərlə çıxış edəcəyini bilir. Hazırkı durumda, son 100 ilin bəlkə də ən dəhşətli fəlakətlərindən olan zəlzələnin ağır nəticələri yalnız Ərdoğan liderliyi ilə aradan qaldırıla bilər”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev qeyd etdi ki, seçkilərdə və təbliğat prosesində iştirak etmək hüququ Türkiyə vətəndaşlarına aiddir. O bildirdi ki, bizim Türkiyədəki seçki prosesinə müdaxilə etməyimiz doğru və hüquqi baxımdan düzgün deyil: “Türkiyə bizim  üçün qardaş ölkədir, amma biz, sadəcə, kənardan öz mövqeyimizi bildirə bilərik ki, Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi Azərbaycana daha çox sərf edir. Xalqın əsas istəyi sosial-iqtisadi vəziyyəti düzəltmək, işsizlik problemini həll etmək, zəlzələdən zərər çəkənlərin ev, iş, sosial problemlərini və s. həll etməkdir”.
İmam Mehdi inancı: o kimdir - dini ekspertdən maraqlı açıqlama
Kənan Rövşənoğlu 
Siyasi şərhçi Kənan Rövşənoğlu hesab edir ki,  seçkinin şüarları yəqin ki, yaxın günlərdə açıqlanacaq: “Ərdoğan uzun illər seçki təcrübəsi olan siyasi xadimdir. Yəqin ki, tezisləri geniş əhatəli olacaq. Türkiyə prezidenti hesab edir ki, onun yarımçıq qalmış layihələri var, onları icra etməli, Cümhuriyyətin 100 ilində ölkə ilə bağlı yeni hədəflərini elan edəcək. O ki qaldı Azərbaycandan tanınmış adamların seçki mitinqlərində iştirakına, bununla bağlı Türkiyə qanunvericiliyinə baxmaq lazımdır. Əlbəttə, kimsə istəsə, gedib mitinqlərə qatıla bilər. Sadəcə,  xarici ölkə vətəndaşının mitinqdə çıxışı artıq qanunla müəyyən edilən haldır. Bu barədə bilgim yoxdur. Digər tərəfdən, düşünmürəm ki, bu cür çıxışlar Türkiyədəki seçkilərə hər hansı formada təsir etsin. Türkiyədə uzun illərin demokratik seçki təcrübəsi var. Vətəndaşlar namizəd və onun komandasından ölkənin gələcəyi ilə bağlı konkret fikir və planları dinləyir. Bunu seçkilər göstərəcək, xalq öz liderini seçkidə müəyyən edəcək. Əlbəttə, asan olmayacaq, xüsusilə də gənc nəsil həm hakimiyyət, həm də müxalifət üçün ciddi problemdir. Onların səsini kim alsa, o qazanacaq”.
3-cü Dünya Müharibəsi başlaya bilər”
Samir Hümbətov
Politoloq Samir Hümbətov Mətbuat.az-a açıqlamasında bildirib ki, Meral Akşener “altılı masa”ya geri dönsə də, artıq şanslarının böyük hissəsi itirilmiş kimi görünməyə başlanıb. O, eyni zamanda son zamanlar Kamal Kılıçdaroğlunun kimliyinin cəmiyyət və mediada müzakirə edildiyinə diqqət çəkdi: “Kılıçdaroğlunun atasının kürd, anasının erməni olması ilə bağlı yayılan məlumatların mediada və cəmiyyətdə manşet edilməsi işin bir başqa istiqamətini göstərmiş olur. Görünən odur ki, bu seçkidə əsas namizəd Ərdoğandır. İstənilən halda Türkiyədə seçkinin gərgin keçəcəyi açıq şəkildə görünməkdədir. Mövcud iqtidar son 20 ildə Türkiyənin həm daxili, həm də xarici siyasətini yenidən formalaşdırıb. Türkiyə daxilində terrorun, xüsusilə də PKK terrorunun minimuma endirilməsi, Cənubi Qafqaz, Mərkəzi Asiya, Balkan Yarımadası, Yaxın Şərq və Şimali Afrikada, Şərqi Aralıq Dənizində möhkəmlənmə, Türk Dövlətlər Təşkilatının qurulması, Türkiyənin özünəməxsus müdafiə sənayesini qurması və inkişaf etdirməsi, Qərb dövlətləri, xüsusilə də ABŞ-la müzakirə edilmədən atılan addımlar olduğu üçün Ərdoğan hökuməti onlar üçün arzuolunmaz kimi qəbul edilməyə başlanıldı. Məhz Qərb dövlətləri mövcud iqtidarın hakimiyyətdən getməsi üçün bütün mümkün imkanlardan istifadə etməyə çalışır”.
S.Hümbətov hesab edir ki, mövcud hökumətdən fərqli olaraq, Kamal Kılıçdaroğlunun rəhbərlik etdiyi blok Türkiyənin daxilində və xaricindəki mövcud mövqeyini dəyişməyə çalışır görüntüsü yaradıb: “Türkiyədə iqtidar dəyişərsə, siyasət də dəyişər anlayışı ortaya çıxa bilər. Əlbəttə ki, bu seçki həm də türk "dərin dövləti" ilə Qərb dövlətləri arasında gedəcək ciddi rəqabəti də göstərmiş olacaq. Fikrimcə, Məhərrəm İncənin 2018-ci ildə “Millət İttifaqı”nın və CHP-nin vahid namizədi olmasına baxmayaraq, 2 il öncə CHP-dən ayrılaraq Məmləkət Partiyasını qurması, bu seçkilərə də qatılmaq qərarı verməsi CHP-nin səslərini ciddi şəkildə parçalaya bilər. Ona görə ki, Məhərrəm İncə Kamal Kılıçdaroğludan və digər “altılı masa” nümayəndələrindən daha xarizmatik siyasətçidir və demək olar ki, CHP tərəfdarlarının ona ciddi simpatiyası var. Bu da səslərin parçalanması deməkdir. Türkiyənin on vilayətində baş vermiş dəhşətli fəlakətə səbəb olmuş zəlzələ nəticə etibarı ilə seçkiyə təsir edəcək amil kimi dəyərləndirilir, lakin mən vəziyyətin seçkiyə o qədər də ciddi təsir edəcəyini düşünmürəm. Zəlzələ təbii fəlakətdir və bir yox, bir neçə bölgəni əhatə edib.  Bu baxımdan, iqtidarı təbii fəlakətlərə görə günahlandırmaq doğru olmazdı. Onu da vurğulamaq yerinə düşər ki, Türkiyədə mövcud hökumət daha çox islamçı və millətçi ideologiya üzərinə qurulub, yəni hökumət həm dindar, həm də millətçi kəsimdən dəstək almağı bacarır. Bu isə o deməkdir ki, mövcud hökumət cəmiyyətin böyük hissəsinə nüfuz etmək iqtidarındadır. Əlbəttə, seçkidən böyük möcüzələr gözləməyə dəyməz. Güman ki, 50 faizin üzərində nəticələr ola bilər. Ən pis halda isə ikinci tura gedə bilərlər ki, burada da mövcud hökumət daha şanslı görünür"./Musavat.com/скачать dle 12.1