Netanyahunun yeni planı ortaya çıxdı – İki ölkə “hədəf”də

“İsrail İranla münaqişə başa çatdıqdan sonra Suriya və Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmağa başlaya bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
“İsrailin Baş naziri Benyamin Netanyahu Suriya ilə regional razılaşma əldə edə, Səudiyyə Ərəbistanı ilə dialoqa başlaya, girovları qaytara bilər. Onun ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçiriləcək danışıqlarında ərəb ölkələri ilə “İbrahim sazişləri”nin mümkün genişləndirilməsi diqqət mərkəzində olacaq. Tramp ümid edir ki, İranla barışıq Yaxın Şərqdə daha uzunmüddətli sülh üçün əsas ola bilər”, – deyə bildirilib.