Bia.Az

ŞOK ANONS: "Azərbaycanla yeni genişmiqyaslı müharibə başlayacaq!" – ermənilər tarixi açıqladı

Gündəm
 9-03-2023, 14:35     258

Əgər erməni xalqı Nikol Paşinyanı hakimiyyətdən payıza qədər uzaqlaşdıra bilməsə, o zaman 2024-cü ildə yeni genişmiqyaslı savaş çağırışını qəbul etməli olacağıq.

Bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O, Ermənistanın bu müharibənin öhdəsindən gəlib-gəlməyəcəyinin müəmmalı olduğunu bildirib:

“Həyat göstərdi ki, müharibənin səbəbi nə Qarabağ, nə Zəngəzur, nə İstisudur. Yeganə səbəb Nikoldur. Yalnız cahillər bu sadə həqiqəti başa düşmürlər. Serj Sərkisyanın dediyi kimi, Nikol hazırda danışıqlar aparmır, o, sadəcə, fərqli güc mərkəzlərinin təzyiqi altındadır və ziddiyyətli siyasət aparmaq məcburiyyətindədir. Nəticədə o bütün istiqamətləri tərk edərək, Qarabağ və Ermənistanın minimal maraqlarını izləmək məcburiyyətində qalıb. Sülh proqramının isə zamanı artıq sona çatır, onun əldə olunması üçün irəli sürülən potensial zəmanətlər tükənir”.
Zakaryan Ermənistanın N.Paşinyanı 2021-ci ildə yenidən seçməklə ləyaqətli sülh imkanını itirdiyini bildirib. O, həmçinin Ermənistanın bu dövr ərzində yeganə strateji müttəfiqindən də məhrum olduğunu söyləyib:

“Danışıqları aparan şəxsi dəyişməklə yeni müharibədən qaça bilərik. Ermənistanı narahatverici gələcək gözləyir. Artıq illər yox, aylar qalıb. Əgər bu ruhda davam etsəniz, Azərbaycan və Türkiyəni dayandırmaq mümkün olmayacaq”.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.20-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində siyasətçi Nemət Pənahlı ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/channel/UCtvU8QAYnxFGCH7v9

BİA.az
скачать dle 12.1