Bia.Az

Vasif Talıbovun istefasının Putinlə nə əlaqəsi?

Gündəm
 22-12-2022, 01:44     280

Nə Talıbov, nə digərlərinin Bakıdan “yan keçərək” hansısa dövlətlə mübhəm dostluğu, hətta düşmənçiliyi belə ağlabatan iş deyil-bəs, o halda Naxçıvan rəhbəri niyə yola salındı...

Vasif Talıbovun ətrafında baş verən çaxnaşmalı hadisələr və həbslər gözlənildiyi kimi, Naxçıvan Ali Məclisi sədrinin istefası ilə nəticələndi.
Bəribaşda demək lazımdır ki, Talıbovun istefasının hakimiyyətdən kənar qüvvələrlə bağlılığı haqda iddialarla yaxından-uzaqdan əlaqəsi olduğuna inanmıram. Baxmayaraq ki, “Talıbov vaqeəsi” başlayandan hətta yerli mediada belə bir versiya da vardı ki, Naxçıvan Ali Məclisinin artıq sabiq rəhbərinin guya Kremllə də hansısa mübhəm bağlılığı varmış... Primitiv düşünsək, rus dilində sərbəst danışdığı belə şübhəli olan birinin Kremllə “dil tapdığı”, eləcə də İranla “anlaşa biləcəyi” haqda iddialar ciddi söhbət deyil.
Naxçıvanlı deputatlardan birinin bu istefaya “dövlətçiliyimiz üçün böyük təhlükələrin qarşısı alınıb” reaksiyası əlbəttə, düşündürücüdür. “Dövlətçiliyimiz üçün böyük təhlükənin qarşısı alınıb” Talıvovun ünvanına indiyədək səslənmiş ən sərt ittiham da hesab etmək olar. Talıbov isə məncə, bu hakimiyyətə qarşı iki yola heç vaxt getməz: bir) hakimiyyətə qarşı çıxmaq; iki) hakim iradayə müqavimət göstərmək.
8f2a91e44a45cfb81b679892da374238 (1).jpg (554 KB)
Səbəb Talıbovun “dövlətçilik düşüncəsi”, vətən-Sakariya, filan deyil. Talıbov bizim uzaqdan-uzağa olsa da, heç tanımadığımız biridir. Amma o kimdir, onun raconu, beyni, düşüncəsi, planları nədir, O ŞƏXS yaxşı bilir. Ona görə ortaya atılmış xüsusilə “xəyanət” versiyasının ciddi əsasları olmadığı qənaətindəyəm. Zamanında belə ittihamla nazirləri kabinetlərində qandallayıblar. Talıbov odioz fiqur olmuş Əli İnsanova tay deyil, sabiq Məclis sədrinin həbsi ciddi hadisə olardı. Tabeçiliyində olanların məminsəmə ittihamlarından daha təhlükəli səbəb olsaydı da, heç vaxt bağışlanmazdı.
Ziya Məmmədov Donald Tramp ABŞ-da hakimiyyətə gələndə nəyin güdazına getdi? Məmmədovların mövqeləri xeyli laxlamışdı, amma Tramp Ağ Evə sahiblənən kimi qəribə “havaya girdilər”, guya onlar ABŞ-Azərbaycan əlaqələrinə təsir edə bilərlər və sair kimi rəy yaradıldı. Bu da son nəticədə onların hakimiyyətdən uzaqlaşdırılmasını sürətləndirdi. Əgər hansısa dövlətlə-fərqi yoxdur, bu Azərbaycana yaxın, uzaq, dost, yoxsa rəqibdir- əlaqələr yaradılarsa, bu bir nəfərin-Prezidentin iradəsinə bağlıdır. O səbəbdən nə Talıbov, nə digərlərinin Bakıdan “yan keçərək” hansısa dövlət başçısı ilə mübhəm dostluğu, hətta düşmənçiliyi belə ağlabatan iş deyil. Hansısa dövlətdə biznesləri ola bilər, əmlak da almaq mümkün, amma kimliyindən asılı olmayaraq, dövlətin əsas adamının səlahiyyətlərini mənimsəməyi kimsə, eləcə də “vsemoquşiy” Talıbovun da bacara bilməzdi...
Talıbov indiyədək hakimiyyətlə yolları ayrılan məmurlarla müqayisə edilə bilməz. Talıbov bu hakimiyyətin sadəcə, məmuru deyildi. O, Naxçıvan kimi həssas bölgəyə uzun illər rəhbərlik etmiş qapalı bir fiqurdu. Elə qapalı olaraq da, qalır. Bu hadisələr baş verəndən bəri bir dəfə olsun danışmayıb, danışmasını gözləməyə dəyməz də...
Без названия.jpg (9 KB)
Talıbovun istefasına aparan səbəblər haqda illərlə mediada yazılanları toplayıb bir neçə roman həcmində dərc etmək də olar. Əhalinin narazılığı da daxil, onun idarəçiliyindən tutmuş, Bakıdan getmiş nazirlərə sayğısız münasibətinədək hər şey barədə çox yazılıb. Bunlar indi üzə çıxmayıb ki... Talıbov isə bunlara heç vaxt reaksiya verməyib. Son 10-15 ildə də “ictimai reaksiyasız” fəaliyyət göstərib. Bu susqunluğunu saxlaması Talıbovun ən ümdə özəlliyidir. Talıbov və ən yaxın ətrafı bu istefanın səbəbini əlbəttə, bilir. Bunun adı hakimiyyətlə yol ayrılığıdır. Amma hakimiyyətə yeni yolla qayıtmaq niyyəti deyil, ola da bilməz...
Adətən, belə stajlı məmurlar vəzifədən gedəndə onu (məsələn, son olaraq Rövnəq Abdullayevi) nazir müavini və ya (məsələn, Cavid Qurbanovu) baş nazirin müavini göndərirlər. Talıbovla bağlı isə vəziyyət fərqlidir. Görünür, onun özünə seçim imkanı yaradıblar. Hətta hansı ölkəyə gedərsə, getsin...
Naxçıvanda yeni dönəm başlayır. Tezliklə bu bölgədə proseslər xeyli fəallaşacaq, Prezident Əliyevin Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyi də nəticəsiz qala bilməz. Naxçıvana daha fəal, daha kreativ ideyalara açıq olan rəhbər(lik) lazımdır. Naxçıvan Azərbaycanın “arxa baxça”sı olmaqdan çıxır, proseslərin mərkəzinə gəlir. Həm də regional mərkəzə... Prezident İlham Əliyev nəyi nə vaxt etməyi isə hamıdan yaxşı bilir. “Talıbov vaqeəsi”nə həm də bu hazırlıqlar prizmasından baxmaq lazımdır.../Musavat.com/скачать dle 12.1