Bia.Az

SOCAR-ın milyonçusu Faiq Hüseynovun aylıq 18 min manata verdiyi obyektlər – FOTOLAR

Fakt
 27-08-2021, 01:07     45

Azərbaycanda gözdən uzaq, könüldən iraqda, gizli şəkildə oliqarxlaşan və diqqətdən çox zaman kənarda qalmağı bacaran məmurlar var ki, onların sərvətinin yanında üzdə görünənlər “toya getməlidir”.

Məsələn, hər kəsin korrupsioner kimi tanıdığı keçmiş nazirlərdən Ziya Məmmədovun, Səlim Müslümovun, Fazil Məmmədovun və digərlərinin talan etdiyi büdcə pulları hesabına malikanələr, biznes sahibi olmaları bütün xalqa agah idi. Sonra zaman gəldi, cəzalandılar, bir çox biznes imkanlarını itirdilər.
Amma elə məmurlar var ki, latent, yəni gizli şəkildə altdan-altdan, xımır-xımır dövlətin pulunu mənimsəməklə milyonçua çevrilməkdədirlər və hələ də onlarla bağlı heç bir araşdırma ortaya qoyulmayıb.


TİA.Az-ın reportyor qrupunun araşdırmasına görə, həmin məmurlardan biri “Azərsu” ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovn qardaşı, hazırda SOCAR-da Qazma işləri trestinin rəis müavini olan Faiq Hüseynovdur.
Onun Bakıda saysız-hesabsız əmlaklarının olması ilə bağlı indiyə qədər təftiş aparılmayıb ki, aldığı maaşla bu imkanlara necə sahiblənib.
Araşdırma qrupu öyrənib ki, SOCAR-da vəzifə tutan F.Hüseynovun obyektlərindən biri “Azərsu” ASC-yə inzibati bina kimi icarəyə verilib. Məlumata görə, F.Hüseynov hər ay qurumdan buna görə 18 min manat alır. Bundan əlavə, onu şəhərin Xətai rayon ərazisində 20-dən çox belə obyekti var. F.Hüseynov həmin əmlakları da ayrı-ayrı sahibkarlıq subyekti kimi arendaya verib. Araşdırma zamanı məlum olub ki, bu obyektlər onun bacanağı olan İlham adlı şəxs tərəfindən idarə edilir.
Eyni zamanda “Nargilə”yə yaxın ərazidə bir obyekti haqda aylıq 25 minə icarəyə verib. F.Hüseynov bu obyektlərdən aylıq böyük məbləğdə gəlir əldə edir və həmin əmlakların bir-bir şəkillərini də təqdim edəcəyik. Həmçinin, Xətai ərazisində üçmərtəbəli villası olan F.Hüseynov həmin malikanədə heç yaşamır da.
Amma istifadəsiz şəkildə saxlanıb. Xalqın sərvəti hesabına varlanmış bu məmur o dərəcədə milyonçuya çevrilib ki, artıq villalarının sayını itirib. Halbuki, elə Xətaidə yaşamadığı o sarayı şəhid ailəsinə, yaxud mənzilə ehtiyacı olan qaziyə vermək, ən azı satıb puluna bir neçə ev alıb imkansız ailələrə bağışlamaq olardı.
Amma bizim məmurların acgözlüyü və hərisliyi o həddə çatıb ki, bu cür səxavətli olmaq ağıllarına gəlmir. Onu da yada salaq ki, F.Hüseynovun əmlaklarının siyahısında “Linkoyl” yanacaqdoldurma məntəqələri başda gəlir.
Bu YDM-lərin adı “Lukoil”lə oxşsar olsa da, fərqli firmadır və şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərir. Müstəqil ekspertlərin qiymətləndirmələrinə görə, “Linkoyl” yanacaqdoldurma məntəqələrində yanacaq kifayət qədər keyfiyyətsizdir.
F.Hüseynovun biznes səltənətində ikinci yeri isə hamamlar tutur. Bakıda “Bəy” hamamı, “Atilla” hamamı və daha 7 hamam onun gəlir mənbələri sırasındadır.
Bundan başqa, paytaxtda “ekologiya postu” adlanan yerin arxasında “Şamlıq” istirahət mərkəzi də F.Hüseynova məxsusdur. F.Hüseynovun biznes imperiyası bununla məhdudlaşmır, onun kərpic zavodları, Şabranın Kirvan kəndində isə Hüseynov qardaşlarının vilları var. Hətta deyilənə görə, villanın birində zoopark yaradıb. Dünyada olmayan quşlar F.Hüseynovun malikanəsində saxlanır. Eyni zamanda paytaxtın “Montin” ərazisindəki evində təkcə kosmetik villasına 1 milyondan çox pul qoyub.
F.Hüseynovun gözü doymayıb, Pirallahıda çörək zavodu da işləyir. Həmçinin, plastik boru buraxan zavod – “Azərtexnolayn” da ona məxsusdur.
скачать dle 12.1