Bia.Az

Sabirabaddakı “Görüş” restoranının sahibi “Karyer Rasim”ə DUR deyən tapılacaqmı ?- Ekologiya nazirliyi niyə ağzına su alıb susur ?

Fakt
 17-08-2021, 10:22     364

Hər gün “Görüş”də yeyib-içən rayon rəhbərliyi bu qanunsuzluqları görmür ? 

Bu yazının baş “qəhrəman”ı “Karyer Rasim”  olduğu üçün  bu məsələ ilə bağlı yaranmış problemlərə nəzər salaq. 
Məlumdur ki, son 10-15 ildə Azərbaycanda bir tikinti bumu yaşanır. Yeni tikilən  göydələnlər, otellər, restoranlar, istirahət mərkəzləri və s  üçün əlbəttə inşaat materialları lazımdır. 
İnşaat materiaları da əsasən taxta, daş, qum-çınqıl və s ibarətdir. 
Rəsmi statistikaya  görə, tikinti materiallarının çoxu yerli ehtiyyatlar hesabına ödənilir. 
Ona görə də tikintiyə lazım olan taxtanın çoxu meşələrimizin qırılması hesabına ödənilir. Bunu neçə illərdir ki, yazırlar. Hətta keçmiş ekeologiya naziri Hüseynqulu Bağırovu buna görə çox ittiham ediblər. Ancaq heç bir faydası yoxdur. Yenə meşələrimizin qırılması, yaşıllıqların məhv edilməsi prosesi davam edir. 
Bu adamlar qanmır ki, Qafqazda ən  az meşə sahələri Azərbaycandadır. Bu az sahəni də məhv edəndən sonra yerdə nə qalacaq. 
Digər dəhşətli problem  tikinti üçün lazım olan  daş, qım-çınqıldır. 
Bunu nəzərə alan işbazlar, yüzlərlə daş karxanası, qum-çınqıl sexləri açıblar. 
Onu da qeyd edək ki, bunun üçün uzun müddət Ekologiya nazirliyi  milyonlarla rüşvət alaraq bu işbazlara icazə verib. 
Həmən daş karxanalarının, qum-çınqıl sexlərinin sahibləri hər ay  ekologiya nazirliyinə, icra başçılarına aylıq veriblər. 
Məsələn, Qaradağ rayonu ərazisindəki özəl  karxana sahibi hər ay icra başçısına, hüquq mühafizə orqanlarına  nə isəverməsə 1 gün də işləyə bilməz. 
O cümlədən də qum-çınqıl sexlərinin sahibləri. 
Deməli,  karyer-karxana sahibləri və məmurlar milyonlar qazanır, təbiətimizə, ekologiyamıza isə sağalmaz, müalicəsi mümkün olmayan yaralar vurulur. 
Bu karxanalar torpaq fondurna, çay yataqlarına  ciddi ziyan vururlar.    
Bunların çoxunun da qanuni sənədləri yoxdur. 
Bu işbazlar  torpaq sahələrini qanunsuz olaraq zəbt edir,  çayların təbii yataqlarını sıradan çıxarır, çayların daşmaması üçün tikilən bəndləri  dağıdır, bir sözlə, fəlakət yaradırlar. 
Hətta çayların yataqlarını o qədər qazırlar ki, çayın üzərindəki körpülər  uçub-dağılır. 
Bəs, belə daş və qum-çınqıl sahiblərinə qarşı nə tədbirlər görülür? 
İnzibati protokol, cərimə və s…
Görəsən, cərimə ilə çayların yatağı bərpa olunacaqmı ? 
Görəsən torpağın münbit qatı  yerinə qayıdacaqmı ? 
Bunlar başa düşmür ki, torpağın qatı yüz illərlə formalaşır. 
Bir sözlə, daş, qum-çınqıl karxanaları çox ciddi problemə çevrilib. 
Belə karxana sahiblərindən biri də “ Karyer Rasim”dir.
Ləqəbindən göründüyü kimi, bu adam uzun müddətdir ki, təbiəti məhv etməklə məşğuldur. 
İndi isə öz ziyanxor  fəaliyyətini başqa formada davam etdirir. 
Belə ki, Sabirabad rayonundakı “Görüş” restoranının sahibi olan  “Karyer Rasim” ətrafdakı yaşıllıqları məhv edərək  torpaqları zəbt edib. 
“Görüş”  restoranı əslində Ekologiya nazirliyinin saldığı meşə massivində  qurulub, yəni yüzlərlə ağacı, yaşıllığı məhv edib, özləri üçün restoran  tikiblər. 
Ekologiya nazirliyi isə bu  cinayətə heç bir münasibət  bildirməyib. Çünki zamanında  haqqını alıb. 
Bəli, bu gün, hətta pandemiya dövründə də “Karyer Rasim”in  “Görüş” restoranında  məclislər davam edir.
Qonaqlar da kimlər olsa yaxşıdır ?
Rayonun rəhbər şəxsləri, məhkəmə sədri, hüquq-mühafizə orqanların rəhbərləri və digər vəzifəli şəxslər. 
Bəs bu vəzifəli şəxslər  bu boyda qanunsuzluqları görüb niyə susurlar ?
Bunların hamısı kabinetlərində “Bir ağacın budağını kəsəndə, elə bil mənim qolumu kəsirlər”  deyən Ulu Öndərin portretini asırlar. Amma, deyilən sözə əməl etmirlər. 
Bütün bunlar azmış kimi, camaat yayın istisində su tapmadığı, suyu pulla aldığı  bir vaxtda “Karyer Rasim”in obyektində bütün günü  su boş yerə axıb gedir. 
Görəsən, Azərsu-yun rəhbərliyi də  gözünü yumub ? 
Bəs  az qala yolun bir hissəsini zəbt edən restorana görə, Azəravtoyol-un rəhbərliyi niyə ağzına su alıb susur..? 
Bir sözlə, görəsən, “Karyer Rasim”ə  layiq olduğu yeri göstərən tapılacaqmı ? 
Yoxsa, ekoloji fəlakət  hələ davam edəcək ? 
Siz nə düşünürsünüz, cənab ekologiya naziri Muxtar Babayev ? 
Ümumiyyətlə, düşünürsünüzmü ?скачать dle 12.1