Bia.Az

“Expargo” müştərilərə belə KƏF GƏLİR... - GİLEY

Fakt
 14-02-2024, 01:00     393

"Mənim şikayətim "Expargo" şirkəti ilə bağlıdır". Dia-azi.info bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Şamxal Bağırzadə adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra yazır:

“Expargo” müştərilərə belə KƏF GƏLİR...

"Bu şirkət vasitəsilə "Trendyol"dan böyük məbləğdə məhsul sifarişi verdim. Bu şirkətin saat 18:00- a qədər işlədiyini bilirdim. Saat 18:02 də mesaj gəldi ki, məhsulunuz təhvil məntəqəsindədir, təhvil ala bilərsiniz. Mən də iş vaxtının bitdiyini nəzərə alıb, növbəti gün götürməyi planlaşdırırdım.

Saat 21:29-da mənə E-mailden mesaj gəldi ki, məhsulunuz çatdırıldı, yəni mənə təhvil verildi. Halbuki mən məhsulu götürməmişəm. Qısacası bu şirkət məsulları təhvil alır, iş saatı olmayan vaxtlarda özləri qəbul alıb, götürürlər.

Mən bu şirkəti məhkəməyə verməyi düşünürəm. Əsaslı faktlarla, sübutlarla məhsulumun bu daşıyıcı şirkət tərəfindən götürüldüyünü sübuta yetirə bilərəm..."
скачать dle 12.1