Gəncədə sakinlər acınacaqlı durumda... - Rəsmilərsə deyir ki...
Gəncə şəhəri, Atatürk prospektində yerləşən yataqxanada sakinlər dövlət qurumlarının onlara laqeyd davranışından şikayətlənirlər. Sakinlər yataqxanada vəziyyətin günbəgün daha da pisləşdiyini, müraciətlərinin isə cavabsız qaldığını deyirlər.
Gəncə Şəhər İcra Hakimiyyəti sorğumuza cavab olaraq bildirib ki, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında hazırda 18 yataqxana mövcuddur.
“Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdə olduğundan, həmin binalarda yaşayan sakinlərin köçürülməsi istiqamətində işlər aparılır, sakinlərin siyahıya alınması həyata keçirilir“.
“Sözügedən ərazidə xətlər köhnə olduğundan, müəyyən vaxtlarda qəzalar baş verir ki, onlar da qısa müddətdə aradan qaldırılır. Məlumat üçün bildirək ki, sözügedən ərazidə “Açıq Kommunal İnfrasruktur Proqramı II” layihəsi icra olunur. Layihə çərçivəsində işlər yekunlaşdıqdan sonra ərazidə olan mövcud problemlər öz həllini tapacaq”,- qurumdan bildirilib.