Bia.Az

İşbazlar Mingəçeviri barıt çəlləyinə çevirib – Pirotexnika açıq-aşkar kütləvi surətdə SATILIR

Fakt
 31-12-2022, 12:39     201

Qarşıdan gələn yeni il bayramı ilə əlaqədar ən çox da uşaqların istifadə etdiyi pirotexniki vasitələr Mingəçevirdə , ələlxüsus mərkəzi yerlərdə -ticarət mərkəzlərinin ətrafındakı müxtəlif yerlərdə, şəhərin bütün yaşayış yerlərindəki böyük supermarketlərin qabağında, insanların sıx olduğu, gur axın etdiyi yerlərdə açıq şəkildə, günün günorta çağı açıq-aşkar, heç kimdən çəkinmədən satılır.

Bu barədə Dünyanınsəsi.Az-a Mingəçevir sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, heç kim bu vasitələri satanlara “güldən ağır” söz demir, heç bir polis, hüquq mühafizə orqanları işçisi nəniki yaxınlaşıb bildirmir ki, bu cür partlayıcı maddələrin satışı qadağandır, heç ümumiyyətlə ətrafda görsənmir. Və ən dəhşətlisi odur ki, Mingəçevirdə yeni il ərəfəsində bu cür vəziyyət hər dəfə təkrar olunur. Kimlərsə pul qazanacaq deyə insanlar əziyyət çəkir. Bu alver yeni il qabağı yaxşı gəlir gətirdiyindən, “vzrıvpaketlərə” tələbat bu günlərdə çox artığından və baha satıla bilindiyindən Mingəçevirdə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ilə məşğul olan yüzlərlə səyyar satış nöqtələri göbələk kimi peyda olub çoxalır. Mingəçevir sakinləri şikayətlərində onu da qeyd edirlər ki,parkda yeni il üçün düzəldilən “Yolka”nın ətrafına gəlib uşaqlarımızla rahat formada şəkil çəkdirə bilmirik.Heydər Əliyevin Fotosunun düz altında partladan satılır.Bu cür anormallıq Mingəçevir polisinin və icra başçısının gözləri qarşısında baş verir.Amma bu işbazlara bir söz deyən tapılmır.
 
Halbuki, yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki partlayıcı maddələrin satışı ölkədə qadağan olunub.Belə olan halda gömrükdən qaçaqmalçılıq yolu ilə dəyəri MİLYON dollarla hesablanan bu partlayıcıları ölkəyə necə buraxılıb?
Yaxşı olardı ki, hüquq mühafizə orqanları Mingəçevirdə bu cür özbaşnalığa göz yummayaraq bir tədbir görərdi. Xatırlatmaq lazımdır ki, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların satışı aşkarlandığı halda İnzibati Xətalar Məcəlləsinin 224-cü maddəsinə əsasən fiziki şəxslər üçün buna görə 350-500 manat, vəzifəli şəxslər üçün isə 1650-2200 manat məbləğində cərimə də nəzərdə tutulub.
Bu cür partladanların insanların psixikasına da mənfi təsir edir. Uşaqların sağlamlığına bunu partlatmağı xeyli problem yaradır. Bu səslər xəstə, yaşlı adamların psixikasına pis təsir edir. Qəflətən bunların partladılması insanların səksənməsinə, müxtəlif reflekslərin yaranmasına, müxtəlif növ səbəb olur.
Hər bayramda bu cür pirotexniki vasitələrə görə bədbəxt hadisələrin də baş verməsinin şahidi olur, bununla bağlı xəbərlər oxuyuruq. Kimisi yanıq xəsarəti alır, kimisi barmaqlarını və ya əlini itirir, kimisi kor olur, kimisi evini yandırır, hətta ölümlə nəticələnən bədbəxt hadisələr belə baş verir. “Partapart” səsindən bir çox insanlar evdə, küçədə həmin günlər rahat gəzməyin mümkün olmadığını deyirlər.
Mingəçevir şəhər sakini Murad Rza oğlunun şikayətini təqdim edirik:

“27 dekabr tarixində Mingəçevirdə idim. Şəhərin mərkəzində, bazarın yaxınlığında yerləşən kafelərin birdə çörək yeyirdim. Birdən partlayış baş verdi tez pəncərədən çölə baxdım ki, görüm nə partlayışdır. Kafedə işləyən qardaşlar dedi ki, qaqa qorxma partlayış deyil. Camaat “partdadan” partdadır. Mənim üçündə çox maraqll oldu getdim həmin “partdadan” partlıyan yerə gördüm ki, şəhərin mərkəzində əməlli başlı “bazar” açıblar. Bir neçə şəkil və videolar çəkmişəm. Birini burada paylaşıram və əminəm ki, tədbir görülər. Çəkdiyim digər şəkil və videoları isə yəqin ki, gün ərzində paylaşacam”…

скачать dle 12.1