Qürbət eldə bir ömür də gülmərəm...

QÜRBƏT ELDƏ BİR ÖMÜR DƏ
GÜLMƏRƏM,
ÖZ YURDUMUN BİR GÜNÜNƏ
QURBANAM.
Şair Abdulla Sanqalanlinın həyat və yaradıcılığını nəzərdən keçirdikcə gəldiyim qənaət...
"Alimin tanınması üçün, onun öz kəşfləri kifayət deyil, gərək onun özünü də kəşf edənlər olsun".Səlahəddin Sədrəddin oğlu Xəlilov (Əbu Turxan)
Fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü.Dəyərli professorun bu fikrini, illər öncədən, dostların söhbətləri əsnasında şifahi tanıdığım, bu yaxınlarda "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü olan, Ağsu rayonun Bico kəndində doğulub, boya-başa çatıb, hal-hazırda da doğma kəndində yaşayan gözəl qəlbli, dəyərli ziyalı, şair Abdulla Sanqalanli haqqında yazacağım yazıya kiçicik redəktə ilə belə yazardım.
-Şairi tanımaq üçün, onun şeirlərin oxumaq, tanışların, dostların onun haqqında dediklərini eşitmək kifayət deyil, onun özü ilə də müəyyən mənada tanış olub, necə insan olduğun qəlbin ilə duyub, gözlərinlə gərək görəsən...
Hələ şair Abdulla Sanqalanli barədə, mən 2000-ci ilin ortalarında eşitmişdim. Onun haqqında Ağsu rayonunun tanınan və sevilən ziyalısı, mətbuatda çalışan bir çox qələm adamlarının ağsaqqalı sayılan, gözəl jurnalist Ədalət Nəbibəylinin söhbəti əsnasında bilib, tanımışdım.
Hətta Ədalət müəllim, bir balaca təəccüblü formada, - "nə əcəb, sən Abdulla Sanqalanlinı tanımırsan?" - sualına çiynimi çəkməklə, - "nə bilim" cavabımı eyni təəccüblə qarşılayıb, o vaxt onun haqqında çox səmimi və maraqlı danışmışdı. Ədalət müəllimin, - "nə əcəb, Abdulla Sanqalanlinı tanımırsan?" sualının mənasını bir də ona görə belə yozdum ki, bizim bölgənin adamları qonşu kənd camaatlarının çoxunun bir-birindən yaxından tanımasına görə soruşdu. Çünki, bizim zonanın bir çox insanları, yaşadığı kəndin qonşuluğunda olan kəndlərinin böyük əksəriyyətini böyükdən, kiçiyə qədər tanıdıqlarının, hətta qohumluq, dostluq əlaqələrinin genişləndiyinin də şahidi olmuşam...
Bundan bir neçə gün sonra, sosial şəbəkədə sorğu verib, Abdulla Sanqalanli barədə axtarış apardım. Fb-də görüb ona dostluq göndərdim. Çox sağ olsun ki, o da bunu dəyərləndirib, dostluğumu qəbul etdi. Ondan sonra uzun müddət Abdulla Sanqalanlinın imkan düşdükcə yaradıcılığı ilə tanış olurdum. Çox gözəl, mükəmməl yaradıcılıq nümunələri ilə diqqətimi cəlb etmişdi. Abdulla müəllimin fəaliyyət dairəsi son dövürlərdə daha bir az da genişlənmişdi. Bu barədə bir az sonra...
Abdulla Sanqalanli haqqında Ədalət müəllimdən eşidəndə və sosial şəbəkədə tanıyan kimi bildim ki, o, 3 kilometrlik bizim kəndən aralı yerləşən, sayılıb-seçilən ziyalıları ilə tanınan Bico kəndindəndir. Bu qənaətim möhkəmləndirən bir səbəb onun Sanqalan təxəllüsü idi. Çünki, Sanqalan dağ yüksəkliyi Ləngəbiz silsilə sıra dağlarının coğrafi mövqeyində yerləşdiyindən, onun məhz həmin kənddən olacağını təxmini anlamışdım. O, üzdən onu görmədən, tanımadan böyük səmimiyyətlə qəbul edirdim...
"OXUNACAQ ƏN BÖYÜK KİTAB İNSANDIR".
Hacı Bəktaş Vəli
Türk mütəfəkkiri və şairi.
"Ağsu Yazarları" Ədəbi Birliyinin növbəti toplantısında, şair qardaşım Abdulla Sanqalanlinı görüş ərəfəsində yaxında tanıyandıqca ilk ağlımdan keçən, Anadoluda yaşayıb dərs deyən Xorasanlı İslam alimi, mistik, övliya, seyid və filosof Hacı Bəktaş Vəlinin insan haqqında dediyi, yarım başlığa çıxardığım, aforizim yadıma düşdü. Onun haqqında birliyin sədri, hörmətli şairimiz Raqif Nazimoğlu danışdıqca, dostların, tanışların söylədiyi fikirləri eşitdikcə, böyük mütəfəkkirin dediyi fikirin doğruluğuna bir daha əmin oldum. Abdulla Sanqalanlının bir çox yaşıdları kimi paytaxta üz tutub orada yaşamamaq istəyinin olmaması maraqımı özünə çəkdiyi məqamda, əsil həqiqəti anladım...
44 günlük Zəfər tariximiz dönəmində və ondan sonrakı vaxtlarda Abdulla Sanqalanlinın sorağı gah Tərtər rayonundan, gah Quba, Qəbələ, İsmayıllı rayonlarından, hətda bir az da uzaqdan, Tovuz rayonunda şəhid balalarımızın anım tədbirlərində xüsusi dəvətlə şəhid valideyinləri və ictimaiyyət nümayəndələri ilə bir yerdə olması, mənim də qəlbimi bir eloğlu kimi qürirlandırırdı. İlin, günün bu vaxtında, insanın öz şəxsi problemlərini münasib vaxt arayıb, həmin günə qoyduğu bir vaxtda, şair qardaşımızın öz şəxsi hesabına, vaxt tapıb ehtiramın sərgiləməsi, onun böyük ürək sahibi olmağından və vətənpərvərliyindən xəbər verirdi. Mən, indi onun niyə doğulub boya-başa çatdığı kənddə qalmasının əsil səbəbini anladım. Çünki, belə məqamda, bir çoxu rahatlıq axtarışında ölkənin və eləcədə xarici ölkələrin birinə üz tutub oralarda yaşayıb, çalışdığı bir məqamda, Abdulla müəllimin öz kəndində qalması səbəblərin anlamağa başladım. Bu öz torpağına, öz elinə bağlılığın göstəricisi idi. Bu məni doğurdan da sevindirirdi. Necə deyərlər, ingilis yazıçısı Aleksandr Pop demiş, - "Heç bir linza, özünə baxıb həzz alan insanın gözləri qədər böyütmür".
Şair Abdulla Sanqalanlinın öz gözləri ilə baxıb həzz aldığı kənd həyatı qədər şirini ola bilməzdi...
"BİZİM ŞƏXSİYYƏTİMİZ BAĞ, İRADƏMİZ İSƏ BAĞBANDIR"...
Uilyam ŞEKSPİR.
Abdulla Sanqalanlinın son illərdəki yaradıcılığına nəzər salsaq görərik ki, o, şəxsiyyətinin bağbanın olan iradəsi sayəsində çox böyük nailiyyətlərə imza atıb, zəhmətinin nübarın da dadıb. O bir ziyalı, şair kimi yaradıcılığının böyük hissəsini şəhidlərimizə həsr edilib, bir neçə kitab yazıb ərsiyyəyə gətirib. Bundan əlavə o, iştirak etdiyi tədbirlərdə acıları qəlbinə daşıyıb şəhid atasının, şəhid anasının, şəhid qardaş- bacısının ağrısını içinə çəkərək qələmə aldığı bu şeirləri, odur ki, həyacansız oxumamaq mümkün deyil. O hissi şəhid doğmaları ilə birgə yaşayıb, duyğusunun düşüncəsini qələmə almaqla, təbii bir obraz yaratmaq, Abdulla Sanqalan yaradıcılığının qayəsini təşkil edir...
Lakin bu gün mən bu yazıda, şair Abdulla Sanqalanlinın müxtəlif mövzuda və janrda qələmə aldığı yaradıcılığından yox, yalnız onun yurd sevgisini özündə əks etdirən şeirindən nümunə verməklə, dəyərli ziyalımızın insanlıq kitabından oxuya bildiyim fikirlərin bəzi hissəsini qeyd etməklə yekunlaşdırmaq niyətindəyəm...
Şair doğma yurdun sevgisini çox gözəl, olduqca qəlbə yatımlı həqətlə verir. O, həqiqətən də vətəni, doğma kəndi üçün döyünən ürəyinin "tellərinə qurbanam" deməklə, onu orada saxlayan ürəyinə poetik bir minnətdarlıqın bildirir.
Bir ünvandı xatirələr yaşadan,
Ürəklərdən od alovlar qoparan,
Sevgi adlı bir duyğunu oyadan,
Ürəyimin tellərinə qurbanam.
Bəli, hara getsədə, uşaq anasın axtaran kimi,- "gözüm səni aradı"-deyən şair, yurd sevgisinin həsrətin çəkənlərin, gununün qara zülf kimi olmasını, hamıya məlum olan orjinal bənzətmə ilə verib.
Hara getdin gözüm səni aradı,
Sənsiz günüm zülfündən də qaradı,
Meh oxşayıb tellərini daradı,
Meh oxşayan tellərinə qurbanam.
Şair çox gözəl deyir, tale qismətində bir hicran səfəri düşərsə, onu yola salan doğmaların sığal ından saçlarında ilişib qalan "Əllərinin görüşünə qurbanam" - deməsi, oxucu düşüncəsini vətənə, elə, torpağa bağlılığa çağırır.
Hicran, məni yoxuşunda izləsən,
Necə deyim, talehimə gözlə sən,
Daraq olub bir tellərə ilişən,
Əllərinin görüşünə qurbanam.
Abdulla Sanqalanli yaradıcılığında bu kimi mücərrədlik, şair düşüncəsinin məhsuludur. Aşağıdakı bəndində dediyi kimi,
Toz-toz olub ürəklərdən üzülləm,
Ulduz kimi səmalara süzülləm,
Yuxu olub gözlərindən süzülləm,
Yarın xumar gözlərinə qurbanam.
Doğurdan da şairin - "Qürbət eldə bir ömür də gülmərəm"-deyən şair, haqqlı olaraq - "Öz yurdunun bir gününə qurbanam"-deyərək yurd sevgisini göstərir.
Abdullayam ürəklərdən getmərəm
Ömür sirlərimi sözə vermərəm
Qürbət eldə bir ömür də gülmərəm
Öz yurdumun bir gününə qurbanam.
Şair Abdulla Sanqalanlinın yurd sevgisindən doğan poetik misralar, hər bir insanın doğurdan da oxunmamış bir kitab olduğunu ortaya qoyur. Onun sevgisinin yaranma səbəblərini hər səhifəsində oxucusuna açıqlayır...
Bu kiçicik yazı ilə mən də, şair qardaşımıza həyat və yaradıcılığında uğurlar diləyib, xoş arzularımı çatdırıram.
Səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.