KİV: Trampın səyləri Ukrayna üçün son dərəcə zərərlidir

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsini həll etmək səyləri Kiyev üçün son dərəcə zərərli olan razılaşmaya gətirib çıxara bilər.
Teleqraf xəbər verir ki, bu fikri “The Telegraph”ın jurnalist Daniel Conson yazdığı məqalədə səsləndirib.
O, Trampın münaqişənin tezliklə həllinə çalışacağını düşünür.
"Ukrayna ultimatumla üzləşəcək: ya Putinin diktə etdiyi Trampın vasitəçiliyi ilə sülh sazişini imzalayacaq, ya da Amerika kəşfiyyatını və logistik dəstəyini həmişəlik itirəcək", - Conson bildirib.
Məqalə müəllifinin sözlərinə görə, Trampın bu hərəkətləri Rusiyanın xeyrinə ərazi güzəştləri riskini artırır.
“Əgər Kreml və Ağ Ev Ukraynanı öz aralarında bölmək fikrindədirlərsə, onlara kim mane ola bilər? – jurnalist qeyd edib.