Allahın üzünə üzümüz dəysin... - Ədalət Qarabulud

Allahın üzünə üzümüz dəysin...
sirr verib, sirr saxladıgın dostların
dabanına tüpürüb bəd ayaqda qacdısa,
qəmin körpə uşaq tək, bir gün ayaq acdısa,
tüpürə bilmədinsə dünyanın min üzünə,
day nə deyim o günə
atanı unudasan
ananı unudasan
torpagı unudasan
elə doguldugun gün
yatasan, durmayasan...
yoxsa bildi, bilmədi
özgəsinin əliylə
öldürüldüsə insan,
agzın acdısa məzar
belə ölməyə nə var...
kimliyi ki, yazılmayıb alnına, oxuyasan,
indi acan cicəklərin
qoxusu yox, qoxuyasan...
kədərimiz bir yogrulub bu dünyanın xəmirindən,
hanı bizdə o daş dözüm,
görək, dözək...
biz hamımız yuxaürək, qəlbikövrək...
bu dünyanın adamı var, qəmi körük,
torpagı var, bölük-bölük...
evləri var ucuq-sökük...
lalın dillənməzmi dünya,
suyun lillənməzmi dünya
qəmin göllənməzmi dünya...
bu dünyanın baharı var,
şaxtası var, ayazı var
Allah bilir day nəyi var...
anam istər bu dünyanı
iki gözlə, bir sifətlə
süfrəmizə qonag gəlsin...
dünyanın üzünə üzümüz dəyib,
Allahın üzünə üzümüz dəysin...
Ədalət Qarabulud