Bia.Az

Türkiyənin yeni super lazer silahları

Dünya
 24-08-2021, 12:30     244

Bu silahlar ABŞ belə təəccübləndirib.

“Haber7” xəbər verir ki, Türkiyənin yeni super lazer silahı barədə məlumat verən Metaksan şirkətinin direktor müavini Özgür Cankaranın sözlərinə görə,  dünyada müxtəlif  müasir silahlar mövcuddur və onlardan biri də lazer silahıdır. “Türkiyə bu lazer silah istehsalına yeni başlasa da, dünyada bu silahı istehsal edən az ölkələrdən biriyik”- o qeyd edib.

Ö. Cankara əlavə edib ki, layihənin icrasına 2016-cı ildə başlamışıq  və artıq uğurlarımız var: “Yeni istehsal olunan lazer silahı ilə havadakı hərbi obyektləri və raketləri zərərsizləşdirmək mümkündür.  Bu ilkin olaraq quru üçün nəzərdə tutulub. Avtomobil üzərinə quraşdırılan silah lazımı mövqedə yerləşdirildikdən sonra  lazer silahı avtomatik olaraq fəaliyyət göstərir. Biz gələcəkdə bunun dəniz versiyasını da hazılayacayıq”.скачать dle 12.1