Bia.Az

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Dünya
 Bu gün, 01:26     24

Türkiyənin Kastamonu və Samsun vilayətlərində iki dron aşkarlanıb.

Axar.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Bildirilib ki, 200 kq ağırlığında dronlardan biri Kastamonuda Kuşkayası kəndində bağ ərazisinə düşüb və yanıb.

Digər aparat isə Samsunun Karataş rayonunda yerli əhali tərəfindən tapılıb və bu barədə jandarmaya məlumat verilib. Bundan sonra müvafiq orqanları ərazini mühasirəyə alıb, giriş-çıxışı bağlayıb.

DHA agentliyi isə iddia edir ki, Karataşda tapılan PUA-nın mühərrikinin yoxlanılmasına əsaslanan ilkin qiymətləndirmələrə görə, bu, Ukrayna istehsalı olan kamikadze dronu ola bilər.скачать dle 12.1