İranlılar geri qayıtdı, danışıqlar davam edir...
Bu gün nahardan sonra Burgenştokda ABŞ və İran arasında Qətər və Pakistan tərəfinin iştirakı ilə rəsmi dördtərəfli danışıqlar, ardınca isə Vaşinqton və Tehran arasında ikitərəfli məsləhətləşmələr planlaşdırılır.
Axar.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadla məlumat yayıb.
“Saat 13:30-da (Bakı vaxtı ilə 15:30) vasitəçilərlə rəsmi dördtərəfli danışıqlar başlayacaq, axşam isə ABŞ ilə İran arasında ikitərəfli məsləhətləşmələr başlayacaq”, - məlumatda qeyd olunub.
Məlumata görə, artıq danışıqlarda iştirak edəcək tərəflər görüşün keçiriləcəyi Burgenştoka gəliblər.
***
İsveçrədə İran, ABŞ və Qətər arasında Livanda atəşkəs və İranın aktivlərinin blokdan çıxarılması ilə bağlı üçtərəfli danışıqlar başlayıb.
Bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
***
İsveçrədə ABŞ-İran memorandumu üzrə dördtərəfli danışıqlara 80 dəqiqəlik məsləhətləşmələrdən sonra fasilə verilib.
Bu barədə “Fars” xəbər agentliyinin məlumatında deyilir.
Bildirilib ki, fasilə nümayəndə heyətləri daxilində məsləhətləşmələrə ehtiyacla bağlıdır.
***
İran nümayəndə heyəti Trampın Tehrana qarşı təhdidlərinə etiraz əlaməti olaraq ABŞ-la danışıqlar məkanını tərk edib.
Bu barədə “Axios” müxbiri Barak Ravid məlumat verib.
***
İsveçrədəki İran və ABŞ nümayəndələri arasında danışıqlar vasitəçilər vasitəsilə qeyri-rəsmi şəkildə davam edir.
Bu barədə “Əl Hədəs” kanalının məlumatında deyilir.
Kanalın məlumatına görə, İranın rəsmi nümayəndə heyəti otelə qayıdıb, lakin danışıqlar qeyri-rəsmi şəkildə davam edir.









