Bia.Az

“Vicdan haqqı”nın rejissoru türkiyəli yutuberə cavab verdi: “Tanımaq da istəmirəm”

Dünya
 20-05-2025, 09:44     467

Türkiyəli yutuber Murat Sonerin Azərbaycanda yayımlanan “Vicdan haqqı” serialını tənqid etməsinə serialın rejissoru Rövşən İsax münasibət bildirib.

Rövşən İsax Teleqraf-a açıqlamasında Murat Sonerin fikirlərini əhəmiyyətli hesab etmədiyini deyib.

“Yutuber Murat Soneri tanımıram. Axı, o, elə bir ictimai fiqur deyil ki, fikirlərini müzakirə edək. Sosial platformalarda izləyicisi lap bir milyon olsun. Mənim üçün nəinki maraqlıdır, heç önəm də kəsb etmir. Adını eşitməmişəm, tanımıram, tanımaq da istəmirəm”, - R.İsax söyləyib.
Qeyd edək ki, yutuber Murat Sonerin tənqid etdiyi seriallar sırasında “Əlvida xoşbəxtlik”, “Günahsız günahkarlar” kimi Azərbaycan efirinə çıxan ekran əsərləri də var. O, seriallarımızdan müəyyən epizodları paylaşaraq lağ obyekti edib.

Xatırladaq ki, Murat Soner Bakı səfərindən vloq hazırlayıb. Video yutub platformasında trendə düşüb, hazırda 12-ci yerdədir və yarım milyon baxış sayı yığıb.скачать dle 12.1