Bia.Az

stanbul bələdiyyəsində növbəti əməliyyat: 22 nəfər saxlanıldı

Dünya
 20-05-2025, 09:39     458

Türkiyənin İstanbul şəhər bələdiyyəsinə qarşı korrupsiya və digər ittihamlarla açılan cinayət işi çərçivəsində növbəti əməliyyat keçirilib.

Teleqraf xəbər verir ki, bələdiyyənin Mətbuat, Yayım və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Taner Çetin də daxil olmaqla 22 nəfər haqqında saxlanılma qərarı verilib.

Xatırladaq ki, mart ayında İstanbul bələdiyyəsinə qarşı açılan cinayət işi çərçivəsində aralarında İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu da olmaqla, 99 nəfər korrupsiya və digər ittihamlarla həbs edilib.скачать dle 12.1