Ukrayna Belqoroda 100 PUA ilə hücum etdi

Ukrayna Silahlı Qüvvələrinin 100-dən çox PUA-sı son 24 saat ərzində Belqorod vilayətinin ərazisinə hücuma cəhd edib.
Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernator Vyaçeslav Qladkov Teleqram kanalında məlumat yayıb.
Qladkov hücum edən PUA-lardan bəzilərinin vurulduğunu bildirib.
Hücum nəticəsində şəxsi evlərə, müəssisənin anbarına, kommersiya təşkilatının ərazisindəki çardağa, bir neçə minik və yük avtomobilinə, rabitə infrastrukturu obyektinə, elektrik xəttinə ziyan dəyib.