Tramp qərarını verdi: “Bu, indi baş verəcək!”

Vaşinqton Avropadakı hərbi mövcudluğunu azaltmağı planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Estoniyada keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, qərar hələlik rəsmiləşməyib, lakin 2025-ci ilin sonuna doğru bu məsələ NATO müttəfiqləri ilə müzakirəyə çıxarılacaq. Danışıqlar iyun ayında Haaqada keçiriləcək sammitdən sonra başlaya bilər.
Diplomat qeyd edib ki, ABŞ qoşunlarının Avropadan çıxarılması ideyası artıq onilliklərdir ki, gündəmdədir.
“Lakin bu dəfə Prezident Tramp aydın şəkildə dedi: bəsdir – bu, baş verəcək və elə indi baş verəcək”, – o əlavə edib.